Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:57

Müəllimi Pamukun kitablarını sevmir


"Orhan Pamukun kitablarını sevmirəm...

Maraqlandığım üçün və tələbəm olduğuna görə onun bütün kitablarını aldım. Amma oxuyub qurtara bildiyim olmadı".

Bunu İstanbul Texniki Universitetinin memarlıq fakültəsində tanınmış türk yazarın müəllimi olmuş professor Doğan Kuban TRT Haber-in "Akılda kalan" proqramında deyib.

Dünyaca ünlü memarlıq tarixçisi olan 84 yaşlı Kuban deyib:

"Kimsə tarixdən yazan zaman bir tarixçi kimi onun yazdıqlarından xəbər tutmaq istəyirəm...

Postmodern ədəbiyyatda tarix çox önəmli bir faktordur... Xaricdə də çox məşhur yazarlar var.

Məsələn, Amin Maalouf mütəmadi olaraq belə şeylər yazır...

Amma belə şeylər mənim xoşuma gəlmir. Bəlkə də tarixçi olduğumdandır".

Pamukun tarixi mövzuda yazdığı "Mənim adım qırmızı" romanı haqda aparıcının sualına cavab cerən professor əsəri çox da gerçəkçi saymadığını söyləyib.

Amma onu da əlavə edib ki, "yəqin roman qəhrəmanı çox diqqət çəkir ki əsər bu qədər tərcümə edilir, satılır".

Bu həmin memarlıq fakültəsidir ki, Pamuk 3 il oxuyandan sonra (valideynləri onun mühəndis olmasını istəyirdilər) memar olmaq fikrindən daşınıb.

Onun "İstanbul" romanında yazdığına görə, dərslərə az-az gedibmiş, nəhayət anasının təkidlərinə baxmayaraq Universiteti atıb və yazıçı olmağa qərar verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG