Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:29
Ötən həftə ABŞ prezidenti Barak Obama ünlü şoumen Con Stüartın «The Daily Show» verilişinə qatılıb. Bununla da ölkənin ən populyar TV layihələrindən olan «The Daily Show»a qatılan ilk ABŞ prezidenti kimi tarixə düşüb.

Obamanın «Ümidin cəsarəti» («The Audacity of Hope») kitabı üzərində gəzişmələr edən Stüart ABŞ prezidentinə vəd etdiyi ilə gördüyü işlər arasında böyük fərq olduğunu deyib:

«İcazə versəz deyərdim ki, böyük bir cəsarətlə yola çıxdız. Ancaq zaman keçdikcə atdığınız addımlarda ürkəklik görünür».

Bu yerdə Obama barmağını masaya vuraraq deyib: «Con, proqramına valehəm, ancaq bir nöqtədə səndən tamamilə fərqli düşünürəm. Bu nöqtə səhiyyə sisteminin ürkəkliyi məsələsidir».

Obama bildirib ki, prezidentliyi dönəmində qəbul edilən «Tibbi sığorta haqqında» Qanun ABŞ-da 30 milyon insana bundan yararlanmaq imkanı verib, trilyonlarla dollar qazanc əldə edilib. Prezident deyib ki, bu, bir çox ABŞ vətəndaşının ölkə tarixində gördüyü ən önəmli qanun olacaq.

Ağ Evin başçısı «istədiyimizin 100 faizini əldə etməsək də, 90 faizini gerçəkləşdirə bilmişik, indi əksik qalan 10 faiz üçün çalışırıq» deyib.



«XALQIMIZ UĞURLARIMIZI GÖRMÜR»


Obama ilə Stüartın ən maraqlı söz çəkişməsi isə prezidentin bu sözlərindən sonra başlayıb:

«İşsizlik faizinin yüksək olması, əmlak bazarı ilə bağlı ABŞ xalqının qəzəbini qəbul edirəm, ancaq xalqımız uğurlarımızı görmür».

Stüart heç vaxt itirmədən soruşub:

«Nə etdiniz ki, görmədik? Yeni iş yerləri, səhiyyə xidmətləri ilə dolu qonaqlıq verməyə hazırlaşırsınız?».

Obamanın prezidentlik dönəmini zarafatyana tənqid edən Stüarta cavab olaraq Obama deyib ki, prezident seçiləndən komandası ilə bərabər «Təcili yardım» kimi işləyir:

«O zaman qlobal iqtisadi böhran bütün sahələri bürümüşdü. Ancaq demokrat liderlər situasiyanı dağıdıb yenidən qurmaqdansa, situasiyanın özünü düzəlməyə çalışırlar».

Stüart-Obama çəkişməsinin xəfiflədiyi məqamda aparıcı prezidentə «Prezidentlik fincanı» hədiyyə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG