Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

Vaqif Sadıqov Azərbaycanın İtaliyadakı səfiri təyin edilib


Oktyabrın 29-da prezident İlham Əliyev xarici işlər nazirinin müavini Vaqif Sadıqovu Azərbaycanın İtaliyada səfiri təyin edib.

Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ildə Bakıda anadan olub. Dövlət Dillər Universitetini bitirib. Filologiya elmləri namizədidir.

1992-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. 1993-1995-ci illərdə Azərbaycanın Avstriyadakı səfiri, BMT-nin Vyana bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

2004-cü ildə xarici işlər nazirinin müavini təyin edilib. İngilis, alman, rus dillərini bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG