Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:18
Beynəlxalq Valyuta Fondu Orta Asiya və Qafqaz regionunda gələn il ən aşağı iqtisadi artımı Azərbaycana proqnozlaşdırır: bu ilə nisbətdə 1,8 faiz.
Müqayisə üçün, regionun enerji ixracatçıları Qazaxıstana bu artım 5,1%, Türkmənistana 11,5 %, enerjini qıraqdan alan Ermənistana 4,6%,
Gürcüstana 4% proqnozlaşdırılır.

Azərbaycana proqnoz, nisbi götürəndə, niyə aşağıdır?
Əslində bu daha çox, o biri ölkələrlə bağlıdır.
Region ölkələrində, son illərin iqtisadi böhranı tənəzzül və ya durğunluq yaratdığına görə hər artım onlarda daha böyük faiz verir.
Ancaq istənilən halda, 1,8 faiz böyük inkişaf sürəti deyil. Azərbaycanın iqtisadi inkişaf sürəti zəifləyir.

BVF-nin Almatıda yayılan hesabatına görə, regionun ən pullu hökuməti Azərbaycandadır və gələn il də belə olacaq. O biri ölkələr büdcənin xərci ilə gəlirini güclə balanslaşdırdığı və çox vaxt kəsirdə qaldığı vaxt Azərbaycanda hökumətin fiskal balansı bu il Daxili Məhsulun 13,9, gələn il 14,4 %-i olacaq.

Müqayisə üçün, Ermənistanda bu, - 3,9%, Gürcüstanda -4,5%, Qazaxıstanda -2%-dir.

BVF gələn il neftin qiymətini indiki səviyyədə - bir barrelə 80 dollar proqnozlaşdırır.

Fondun fikrincə, neftin qiymətindən başqa regiona təsir edən başqa amil Rusiyanın dirçəlməyidir. Rusiyanın böhrandan sonra özünə gəlməyi regiona çox müsbət təsir göstərir: Rusiyada işləyənlərin evə göndərdiyi pul artır.

Ancaq Fond xəbərdarlıq edir ki, Rusiyanın iqtisadi böhrandan sonra dirçəlişinin sürəti az olduğuna görə, evə pul göndərmək məsələsi çətinə düşə bilər.

Regiondakı ümumi iqtisadi vəziyyətə gəlincə, Fond hesab edir ki, Orta Asiya və Qafqaz regionunda iqtisadi dirçəliş möhkəmlənir – iqtisadi artım keçən ilki 3,5 faizdən bu il 5,75%-ə qalxıb. Gələn il isə 5,4 faiz olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG