Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

Prezident Administrasiyasının qarşısında aksiya olub


Oktyabrın 29-da Prezident Administrasiyasının qarşısında aksiya keçirilib. 8-ci kilometr bazarında baş verən yanğından zərər çəkən satıcılar kompensasiya tələb ediblər.

ANSPRESS-in məlumatına görə, aksiya iştirakçılarından bir neçə nəfər rəsmilər tərəfindən qəbul edilib və onlarla saat 14:00-dan sonra danışıqlar aparılacağı vəd olunub.

Aksiyada 150-200 nəfər iştirak edir. İştirakçılar onlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsini tələb edirlər.

8-ci kilometr bazarı kimi tanınan ticarət mərkəzində oktyabrın 25-də yanğın baş verib. Bazarın 4, 5 hektar ərazisi yanaraq külə dönüb.Bazarın yanması nəticəsində satıcılara ciddi ziyan dəydiyi bildirilir.
XS
SM
MD
LG