Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:18

Bakıda yağış yağacaq


Oktyabrın 29-da ölkə ərazisində axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, Bakıda hava əsasən yağmursuz keçəcək.

Paytaxtda havanın temperaturu gündüz müsbət 19-21, gecə 14-16, Naxçıvanda gündüz 21-23, gecə 8-10 dərəcə, aran bölgəsində gündüz müsbət 23-25, gecə 13-15, dağlıq zonada gündüz müsbət 13 -15, gecə 7-9 dərəcə isti olacaq.

Bu gün Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişiklikləri metohəssas insanlar üçün nisbətən əlverişli olsa da, sonrakı iki gün ərzində hava şəraitinin kəskin dəyişməsi, atmosfer təzyiqinin təzadlı dəyişikliyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi gözlənilir ki, bu da metohəssas insanlar üçün əlverişsiz olacaq.
XS
SM
MD
LG