Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

Seçki plakatlarını çırırlar


Bədrəddin Quliyev
Bədrəddin Quliyev
52 saylı Quba seçki dairəsindən qeydə alınan namizəd Vahid Arzumanlı bundan əvvəl bu dairədən deputat seçilmiş və yenidən deputatlığa iddiaçı Vahid Əhmədovun görüşlərini icra hakimiyyəti nümayəndələrinin təşkil etdiyini bildirdi. Vahid Əhmədov isə daha çox ölkə iqtisadiyyatının inkişafından danışdı.

«HEYDƏR ƏLİYEV ÜMUMMİLLİ, İLHAM ƏLİYEV İSƏ SİYASİ LİDERİM»


25 saylı Nizami 2-ci seçki dairəsindən Cümhuriyyət Xalq Partiyasının sədri, ancaq namizədliyini fərdi qaydada irəli sürən Bədrəddin Quliyev təqaüdçülərin vəziyyətinin ağırlığından, iş yerlərinin olmadığından danışdı. Onun sözlərinə görə, istədiyi vaxt onun dəvəti ilə Türkiyədəki Cümhuriyyət Xalq Partiyasının sədri Kılıcdaroğlu Azərbaycana gələ bilər.

Digər namizəd, ARDNŞ-in əməkdaşı Faiq Məmmədov isə çıxışına «Heydər Əliyevi ümummilli liderim, İlham Əliyevi isə siyasi liderim hesab edirəm» fikirləri ilə başladı.

«İslahat» seçki blokunun namizədi Elxan Şükürlü isə bu dairədən namizədliyi qeydə alınmış Rauf Arifoğlunu (Abbasov) hakimiyyətə işləməkdə ittiham etdi.

YAP-ın namizədi Sədaqət Vəliyeva isə Azərbaycanın bu gün regionda lider dövlət olduğunu, bütün Avropaya təsir göstərən böhranın Azərbaycandan yan
Rauf Arifoğlu
keçdiyini bildirdi.

«BƏLKƏ, HANSI MƏMURUN XİDMƏTİNDƏ DURDUĞUNUZU DEYƏSİNİZ?»


Rauf Arifoğlu isə namizədliyini irəli sürdüyü dairənin fəlakət zonasına oxşadığını, yoxsulluğun, işsizliyin baş alıb getdiyini bildirdi:

«Bu rayondakı mafiyanın sonu gəlib».

Faiq Məmmədov isə onun haqqında dedi: «Rauf Arifoğlu öz düşərgəsinə xəyanət edib».

Elxan Şükürlü isə Rauf Arifoğlunun oliqarxlara işlədiyini bildirdi:

«Hörmətli Rauf bəy, bəlkə hansı məmurun xidmətində durduğunuzu deyəsiniz?»

Rauf Arifoğlu isə cavabında bunları dedi:

«Qiymətli vaxtını mənə həsr edən Rövnəq ( ARDNŞ-in prezidenti) müəllimin müxalifətdən və Neft Şirkətindən olan komandasına təşəkkür edirəm, hərəsinin əlinə bir söyüş makinası veriblər, deyəsən mənə çox düşüb».

Elxan Şükürlü isə çıxışının sonunda Rauf Arifoğlunun ünvanına daha bir ittiham səsləndirdi. Dedi ki, Rauf Arifoğlu Rövnəq Abdullayevin adını çəkdiyi halda ondan yuxarılara keçə bilmir.

ANS televiziyasından «Günəbaxan» verilişinin keçmiş aparıcısı Samir İbrahimov opponentlərinə irad tutdu: «Hiss edirəm ki, opponentlərim bir-birinə hücuma keçiblər, ondansa gələcəkdə nə edəcəksinizsə, ondan danışın».

«AZƏRBAYCANI AFRİKADA DA TƏMSİL ETMƏK OLAR…»

Səməd Seyidov

36 saylı Xətai 4-cü seçki dairəsindən namizədliyi qeydə alınan Yeni Azərbaycan Partiyasının təmsilçisi Səməd Seyidov isə bu dairədən ona iki dəfə mandat verildiyini bildirib, seçiciləri Azərbaycanı xaricdə layiqincə təmsil edənlərə səs verməyə çağırdı. Klassik Xalq Cəbhəsi Partiyasının nümayəndəsi Oqtay Gülalıyev isə «Azərbaycanı Avropa Şurasında da, Afrikada da təmsil etmək olar, əsas seçiciləri təmsil etməkdir», - dedi.

Müstəqil namizəd olduğunu deyən Sitarə Zeynalova isə Heydər Əliyevin siyasətini dəstəklədiyini, Əliyevlər ailəsinin ulu babalarının yurdundan – Zəngəzurdan olduğunu qeyd etdi. Daha sonra da İlham Əliyevin Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etməsindən danışdı.

YAP-IN NAİLİYYƏTİ


Oqtay Gülalıyev seçicilərə «YAP sizə 17 ildir yalan danışmaqla məşğuldur» deyəndə, Səməd Seyidov «Bu, YAP-ın nailiyyətidir ki, dəyirmi masa arxasında onu tənqid edirlər», - cavabını verdi.

HƏCƏR İRADƏLİ, NİGAR QEYRƏTLİ


Sitarə Zeynalova isə «Səməd Seyidov 2005-ci ildə saxta yolla seçilib, bu fikir seçicilərin xahişi idi, mən də o xahişi sizə çatdırdım», dedi. Çıxışının sonunda isə o özünə xitabən bunları bildirdi:

«Arxamda nə pulum, nə də dayağım yoxdur. İnanıram ki, siz Heydər Əliyev siyasətini dəstəkləyən, Həcər iradəli, Nigar qeyrətli Sitarə xanıma səs verəcəksiz».

Oqtay Gülalıyev isə Azərbaycanın insan haqlarının pozulduğu, korrupsiyanın baş alıb getdiyi ölkə kimi tanındığını, seçicilərini Səməd Seyidovun timsalında bu hökumətə yox deməyə çağırdı. Səməd Seyidov isə cavabında «sizin faciəniz odur ki, xalqa qara yaxmaqla məşğulsuz, biz bu seçkidə qalib gəlməliyik» dedi.

DAİRƏDƏ MANYAK VAR


Bu dairədən namizədliyini vermiş İlham Mürsəlli isə bəzi adamların stendlərdəki namizədlərin şəkillərini cırmasından danışdı: «Buna manyaklık demək olar».
Oktay Güləliyev


28 saylı Sabunçu 3-cü seçki dairəsindən namizədliyini irəli sürən Telman Quliyev «Gürcüstanda korrupsiyanın kökü kəsilir, bizdə isə korrupsiya var, biz Gürcüstandan nədə geri qalırıq ki» deyib sahibkarların vəziyyətinin çətin olduğundan danışdı.

60 saylı Salyan-Neftçala seçki dairəsinin namizədlərindən biri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 2007-ci ildən Salyan və Neftçala rayonlarından qazlaşdırma ilə bağlı dövlət proqramının yerinə yetirildiyini, 2011-ci ildə isə bütün kəndlərdə qazın olacağını bildirdi. O, opponenti Ədalət Yusifovun kəndi Pambıqkəndə qaz çəkildiyini də vurğuladı. Ədalət Yusifov isə bunları dedi:

«Fəzail Ağamalı hər şeyi öz adına çıxır, Pambıqkəndə isə qaz 2003-cü ildən çəkilib».

Başqa bir namizəd İlham İsmayılov isə çıxışında bu fikri də səsləndirdi: «İlham Əliyev mətbuat günündə dedi ki, Azərbaycan cəmiyyətini siyasətə çəkmək istəyən bəzi qüvvələr var».
XS
SM
MD
LG