Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:25

AB «maliyyə intizamı»nı müzakirə edir


Avropa Birliyinin sammitində «maliyyə intizamı» müzakirə olunur. Oktyabrın 28-dən Brüsseldə keçirilən sammitdə dövlət rəsmiləri büdcə intizamını sərtləşdirmək planını qəbul ediblər.

Avropa Birliyi liderlərinin 11 ay əvvəl qəbul etdiyi Lissabon müqaviləsinə dəyişiklik edəcəyi də bildirilir. Belə ki, adının çəkilməsini istəməyən diplomat bildirib ki, Avrozona üçün daimi böhran fondunun yaradılmasına ehtiyac var. Bu fond blokun müqaviləsini şərti olaraq dəyişəcək.

Eyni zamanda büdcə defisitini icazə veriləndən çox artıran üzv ölkələrə qarşı xüsusi tədbirlərin də tətbiq ediləcəyi deyilir.
XS
SM
MD
LG