Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

İndoneziyada sunami və vulkandan ölənlərin sayı 400-ə çatıb


İndoneziyada Merapi vulkanı yenidən püskürməyə başlayıb. Hələlik yeni dağıntılar və tələfat barədə məlumat yoxdur.

Buna qədər yayılan məlumatlara görə, İndoneziyada sunami və vulkan püskürməsindən ölənlərin sayı 400-ə çatıb. Rəsmilər yüzlərlə insanın itkin düşdüyünü bildirib.

Oktyabrın 25-də 7,5 bal gücündə baş verən zəlzələnin ardınca Sumatra adasının qərb sahillərində sunami olub. Daha sonra isə sunami ərazisindən 1300 kilometr aralıda - Yava adasında Merapi vulkanı püskürməyə başlayıb.
XS
SM
MD
LG