Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55
Fransa Azərbaycan və Ermənistanı tez bir zamanda hərbi əsirlər və meyitlərin qaytarılması üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

ANS PRESS-in verdiyi xəbərə görə, sənəddə həmçinin qeyd edilib ki, Həştərxanda qəbul edilmiş qərarlar gərginliyin və son vaxtlar pozulan atəşkəs hallarının azalmasına yardım edə bilər. Buna görə də Fransa bunların təxirə salınmadan həyata keçəcəyini gözləyir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Fransa XİN-in mətbuat katibi qeyd edib ki, Dağlıq Qarabağ ətrafında münaqişə yalnız dialoq şəklində həllini tapa bilər.

“Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olmaq üçün bizim ölkəmiz ATƏT-in Minsk qrupunda ABŞ və Rusiya ilə birgə vasitəçilik planı çərçivəsində bütün mümkün yollardan istifadə edir”,- deyə fransalı diplomat bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG