Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

Qubada narkotik alveri ilə məşğul olan şəbəkə aşkarlanıb


Qubada narkotik alveri ilə məşğul olan şəbəkənin bir neçə üzvü həbs edilib.

Bu barədə ANS PRESS Quba rayon Polis İdarəsinə istinadla xəbər verir.

Narkotiklərlə mübarizə idarəsi ilə birgə keçirilən əməliyyat zamanı Quba rayonu, Qorxmazoba kənd sakini Natiq Məmmədov saxlanılıb və axtarış zamanı qoltuğunun altından marixuana tapılıb.

Onun ifadəsindən sonra isə şəbəkənin digər üzvləri Murad Səttarov, Samir Mirzəyev və Sadıx Talıbov saxlanılıb.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Polis şəbəkənin mənbəyini axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG