Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

Cexiyanın enerji tələbatının 25 faizini Azərbaycan ödəyir


Azərbaycan Çexiyanın enerji resurslarına olan tələbatının 25 faizini ödəyir.

Bunu cümə axşamı nəqliyyat naziri Ziya Məmmədov Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə tədbirdə çıxış edərkən deyib.

O, hər il iki ölkə arasında mal dövriyyəsinin artdığını və bu gün bir milyard dolları ötdüyünü qeyd edib.

Çexiya bankları isə Azərbaycana ümumilikdə 700 milyon dollardan artıq kredit verib.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Radek Matula ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidlə yanaşdığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG