Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:26
Avropa Birliyinə üzv dövlətlər oktyabrın 28-də Brüsseldə bir araya gəliblər ki, gələcək borc böhranlarından yaxa qurtarmaq üçün büdcə idarəçiliyinin gücləndirilməsini müzakirə etsinlər. Onlar iki gün davam edəcək sammitə Lissabon razılaşmasına təklif olunan dəyişiklikləri də müzakirə etmək üçün yığışıblar.

Düzəlişlərdə Fransa və Almaniyanın gələcək maliyyə böhranından Avropa valyutasını müdafiə etmək üçün təklifləri yer alıb.

Amma Fransa və Almaniya Avropa Birliyinin yeni antiböhran tədbirlərindəki müzakirələri mənimsəyib kiçik üzv dövlətləri çıxdaş etməkdə və öz aralarında razılığa gəlməkdə ittiham olunur.

Məlumatlarda deyilir ki, layihə bu sammitdə kiçik üzv dövlətlərin vacib saydıqları maddələr əlavə edilmədən təqdim olunacaq.

İsveç, Finlandiya, Hollandiya və Lüksemburqdan ibarət olan qrup öz milli büdcələrində defisitə müəyyən limiti keçməyə icazə verən üzv dövlətlərə avtomatik maliyyə cəzası təyin edə bilən mexanizm axtarıb.

Bu mexanizmi başlanğıcda Avropa Komissiyası və Almaniya kansleri Angela Merkel dəstəkləyib.

“HƏR ŞEYİ ZƏHƏRLƏMƏK”


Amma Fransa prezidenti Nikola Sarkozi ilə ikitərəfli danışıqlardan sonra o, mövqeyini dəyişib və Sarkozinin baxışlarını dəstəkləyib ki, dövlətin maliyyə məsuliyyətsizliyinə görə cərimə olunub-olunmamasına üzv dövlətlər qərar verməlidilər.

Lüksemburqun xarici işlər naziri Jean Asselborn Fransa-Almaniya təşəbbüsünü “hər şeyi zəhərləmək” kimi təsvir edib.

Avropa Mərkəzi Bankının prezidenti Jean-Claude Trichet isə layihədə beynəlxalq bazarda avrozonanın böhrana davamlılığını müdafiə etməyi nəzərdə tutan müddəaları həddindən artıq zəif sayıb.

Amma Merkel oktyabrın 27-də Almaniya parlamentində Sarkozi ilə razılaşmasından danışıb:

Nikola Sarkozi və Angela Merkel
“Bu həqiqətdir ki, Fransa-Almaniya razılaşması Avropada hər şey demək deyil. Amma Fransa-Almaniya razılaşmasız bu, bir o qədər də mümkün deyil”.

SƏS HÜQUQUNDAN MƏHRUM


Layihənin girişində Merkel və Sarkozi bildiriblər ki, bu planın yerinə yetirilməsi maliyyə intizamına, iqtisadi genişlənməyə imkan verəcək, böhran idarəetməsi üçün sağlam strukturu təmin edəcək.

Layihədə təkliflərdən biri pul-kredit ittifaqını ciddi şəkildə pozan ölkənin AB-də səs hüququndan məhrum edilməsidir.

“Reuters” agentliyi bildirir ki, bu, defisit limitini aşan ölkələrə cərimə sanksiyası təklifindən daha təsirlidir.

Fransız-alman planının əsas çətinliyi ondadır ki, o, Lissabon razılaşmasına dəyişiklik edilməsini tələb edir. Avropa Birliyinin əsas nizamnaməsi rolunu oynayan bu sənədin qəbulu 8 ilə başa gəlmişdi və yalınız 2009-cu ildə qüvvəyə minmişdi. Avropa Birliyinin Ədliyyə komissarı Vivyen Redinq sazişə dəyişiklikləri illüziya adlandırıb və pisləyib.

MERKEL TƏKİD EDİR

Merkel və Sarkozi avroməkana daxil olan 16 ölkədə gələcək maliyyə böhranları ilə məşğul olmaq üçün daimi xilasedici mexanizm yaradılmasını nəzərdə tuturlar.
Tənqidə baxmayaraq, Merkel təkid edir ki, bu, düzgün kursdur:

“Burda iki yol yoxdur, şərtlər aydındır, - bu, Avropa sazişlərinə yalnız uğur gətirəcək”.

Bu ilin əvvəllərində trilyon dollarlıq stabillik fondu avroya dayaq oldu, qlobal bazarlar arxayın edildi ki, Yunanıstan, İspaniya və Portuqaliyaya uğursuzluğa uğramaq üçün imkan verilməyəcək. Bu plan 2013-cü ilə kimi qüvvədədir. Paris və Berlin deyir ki, o vaxta yeni böhran prosedurları istəyirlər.

Ancaq Lissabon razılığına dəyişiklikləri bütün 27 üzv dövlət təsdiqləməlidir, təcrübə isə sübut edir ki, bu, çətin və vaxt aparan ola bilər.

/Sayta hazırladı: Səadət Akifqızı/

Günün bütün mövzuları

XS
SM
MD
LG