Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:25

Məzahir Pənahov namizədlərin seçicilərlə görüşü ilə bağlı tələbləri açıqlayıb


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədlərin seçicilərlə görüşü ilə bağlı tələbləri açıqlayıb.

“Parlament seçkiləri üçün təşviqat dövründə seçicilərlə görüş ancaq əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda keçirilə bilər”, - MSK sədri Məzahir Pənahov komissiyanın oktyabrın 28-də keçirilən iclasında bildirib.

MSK sədri onu da qeyd edib ki, seçicilərlə görüşə maneələr olması ilə bağlı Komissiyaya müraciət göndərənlər konkret faktlar göstərməlidirlər.

“Faktlar olmayan müraciət anonim məktuba bənzəyir”, - Pənahov belə deyib.

“Seçicilərlə görüşlər zamanı dairə seçki komissiyasının nümayəndəsi də iştirak etməlidir ki, sonradan seçki qanunvericiliyinə zidd fikirlərin səslənməsinə əsas olmasın”, - MSK sədri bildirib. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG