Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:03

Müsəlmanları tənqid etdi, işdən çıxarıldı


Juan Williams NPR-dən qovulmasının səbəbini açıqlayır

Juan Williams NPR-dən qovulmasının səbəbini açıqlayır

ABŞ-ın ictimai radiosu olan NPR-ın keçmiş analitiki Xuan Uilyamz (Juan Williams) deyir ki, onun müsəlmanlarla bağlı şərhinə görə işdən çıxarılması “senzuradır”. NPR rəsmisinin sonradan onun “qeyri-sabit olması” barədə dedikləri isə “ikrah doğurur”.

MÜSƏLMAN GEYİMİNDƏ SƏRNİŞİN GÖRƏNDƏ ƏSƏBİLƏŞDİRDİ
Uilyamz Fox News-a demişdi ki, "təyyarədə müsəlman geyimində sərnişin görəndə əsəbiləşir". Bundan sonra o, işdən çıxarılıb. Bu hadisə söz azadlığı və siyasi korrektlik barədə Birləşmiş Ştatlarda mübahisələr yaradıb.

NPR-dan işdən çıxarılandan sonra dərhal Fox News-da işə götürülən Uilyamz deyir ki, NPR-ın onunla necə davranması barədə debatlar Amerika ictimai həyatında mühüm məqamdır.

“Amerikanlar hiss edirlər ki, öz hisslərini açıb-danışmaqda pis bir şey yoxdur. Buna görə cəzalanmaq isə ədalətsizdir, senzuraya bərabərdir. İnsanların bir-birilə siyasi çalarlarla danışa bilməsi mühümdür,” bunu Uilyamz deyir. Əlavə edib ki, NPR onun tez-tez Fox News-da görünməsini xoşlamayıb və müsəlmanlara dair dediyindən bəhanə kimi istifadə edib, ondan “canını qurtarıb”.
“Ancaq işdən çıxarılandan sonra mənim qeyri-sabit olmağım barədə deyilənlər ikrah doğurur”, bunu da Ulyamz deyir.
NPR-ın rəhbəri Vivian Şiller bundan əvvəl deyib ki, “Uilyamın inancı özü ilə psixiatrı, arasında qalmalıdır.” Sonradan o, dediyinə görə üzr istəyib.
Uilyamza görə, Fox News-a müsahibəsində demək istəyib ki, şəxsi qorxular kiminsə konstitusion haqlarının pozulmasına gətirib çıxarmamalıdır.
“Mən müsəlmanlara qarşı diskriminasiyanı təbliğ etmirdim,” bunu Uilyamz deyir.
Uilyamz işdən çıxarılandan sonra Amerika Konqresindəki respublikaçılar NPR-ı tənqid etməyə başlayıblar. Bəziləri hətta ictimai radioya Konqresin maliyyəsini kəsməyə çağırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG