Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:43

Holokost qurbanları Vatikanı nasistlərə yardımda ititham edir


Vatikandakı Müqəddəs Pyotr meydanı
Vatikandakı Müqəddəs Pyotr meydanı
HOLOKOST QURBANLARININ SƏRVƏTI VATIKAN BANKINDA?

Holokost qurbanlarinin və onlarin varislərinin Vasinqtondaki vəkili Conatan Levi oktyabrin 20-də Avropa Birliyinin iqtisadi və maliyyə isləri üzrə komissari Olli Rehnə göndərdiyi məktubu Bloomberg-ə təqdim edib. Məktubda deyilir: “Biz komissiyadan xahis edirik Holokost qurbanlari pullarinin yuyulmasina dair iddialari arasdirsin. Bu pullar Vatikan Səhər Dövləti ilə əlaqəli maliyyə orqanlari tərəfindən reallasdirilib.”

Amerika məhkəmələri on il ərzində keçmis Yuqoslaviya və Ukraynadan olan Holokost qurbanlari və onlarin varislərinin isinə baxib. ABŞ Dövlət Departamentinin Nasist talanina dair hesabatina əsaslanan iddiaya görə, Vatikan Banki minlərlə yəhudi, qaraçi və serbdən ogurlanmis varidati mənimsəyib. Vatikan isə bu iddialari, ABS-in 1998-ci il hesabatinda deyilənləri dönə-dönə təkzib edib.

Olli Rehnin sözçüsü Amadeu Altafaj Brüsseldə deyib ki, komissiya Levinin məktubunu alib və Vatikan rəsmiləri ilə əlaqə saxlayib. Vatikanin sözçüsü Federiko Lombardi Ata isə Levinin məktubuna dair sərh verməyib.


TOXUNULMAZ VATIKAN?

ABS-daki San Fransisko Apelyasiya Məhkəməsi 2 milyard dollarliq iddiani isə ötən ilin dekabrinda rədd edib. Bildirib ki, Vatikanin toxunulmazliq hüququ var.

Levinin məktubunda deyilir ki, komissiya Vatikan Bankina (IOR) qarsi istintaq apara bilər. Avrodan istifadə eləyən, özü də avro buraxan Vatikan Avropa Birliyinin pul yuyulmasi, saxtalasdirmaya qarsi qanunlarini yerinə yetirməyə söz verib.

Elə Roma təhqiqatçilari da Vatikan Bankinin Avropa qanunlarina tabe oldugunu göstərməyə çalisir. Ötən ay bu bankda açilmis 23 milyon avroluq (32 milyon dollarliq) hesaba həbs qoyulub və Vatikan Bankinin çirkli pullarin yuyulmasi qanunlarini pozmasina dair cinayət isi açilib.

“Biz Vatikanin suverenliyinin olmadigi bütün sahələrə baxmisiq. Yeganə bosluq avroyla baglidir. Vatikan avro məsələsində Avropa Mərkəzi Banki yaxud Avropa Komissiyasina tabedir,” bunu Levi deyir.


VATIKAN BANKININ ÖHDƏLIYI

Amerika məhkəmələrində Vatikana dair iddia birinci dəfə 1999-cu ildə qaldirilib. Bundan bir il əvvəl Isveçrə komissiyasi belə bir nəticəyə gəlmisdi ki, Isveçrəyə nasizm qurbanlarindan üç dəfə artiq qizil əldə edib. Yəni ABS hökumətinin dəyərləndirdiyindən üç dəfə artiq. Elə həmin il Isveçrənin iri banklari holokost qurbanlari və onlarin varislərinə 1.25 milyard dollar verməyə razilasib.

500.000 serb, yəhudi və qaraçi öldürüləndən sonra onlarin qizil və digər qiyməti əsyalari 1946-ci ildə Vatikanda depozitə qoyulub. Bunu Levi məktubunda yazir və yazdiqlarini müvafiq sənədlərlə əsaslandirir.

Avropa Birliyindən kənar suveren dövlət olan Vatikan Səhər Dövləti 2010-cu ildə 2.3 milyonluq avro buraxa bilər. Vatikan bu ilin sonunacan çirkli pul yuyulmasiyla mübarizədə AB qanunvericiliyini yerinə yetirməyə dair öhdəlik götürüb.

Vatikanin sözçüsü Federiko Lombardi isə dekabrin 31-dək Vatikanin bu öhdəliyinə əməl edib-etməyəcəyini deməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG