Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:19

MSK-nın namizədlərə görüş tələbi


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri namizədlərin seçicilərlə görüşü ilə bağlı tələbləri açıqlayıb.

"Parlament seçkiləri üçün təşviqat dövründə seçicilərlə görüş ancaq əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda keçirilə bilər", - MSK sədri Məzahir Pənahov komissiyanın oktyabrın 28-də keçirilən iclasında bildirib.

MSK sədri onu da qeyd edib ki, seçicilərlə görüşə maneələr olması ilə bağlı MSK-ya müraciət göndərənlər konkret faktlar göstərməlidirlər.

"Faktlar olmayan müraciət anonim məktuba bənzəyir", - Pənahov deyib.

"Seçicilərlə görüşlər zamanı dairə seçki komissiyasının nümayəndəsi də iştirak etməlidir ki, sonradan seçki qanunvericiliyinə zidd fikirlərin səslənməsinə əsas olmasın", - MSK sədri bildirib. /Trend/
XS
SM
MD
LG