Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:02

Brüsseldə Avropa Birliyinin sammiti keçirilir


Bu gün Brüsseldə Avropa Birliyinin iki günülk sammiti başlanır.

Birliyə daxil olan 27 ölkənin liderləri əsasən iqtisadi problemləri-xüsusilə də ilin əvvəlində Yunanıstanda olduğu kimi, borc böhranlarının qarşısının alınması yollarını müzakirə edəcəklər.

Almaniya ilə Fransa birliyin funksiyasının əsas prinsiplərini müəyyən edən Lissabon müqaviləsinə düzəlişlər edilməsini təklif edirlər.

Söhbət maliyyə qaydalarına əməl etməyən ölkələrə qarşı sanksiya tədbiq edilməsindən gedir.

Amma bir sıra ölkələrlə Avropa komissiyası bu təklifə qarşı çıxırlar.
XS
SM
MD
LG