Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

Rusiyalı jurnalist hədələndiyini bildirir



Rusiyalı jurnalist Zarema Həsənova deyir ki, o, Dağıstanda polis qanunsuzluqlarına və insan hüquqlarına aid məlumatları verdikdən sonra "hədələnib". Dağıstan televiziyasında müxbir kimi işləyən Zarema Həsənova bildirir ki, ona zənglər olub, mesaj göndərilib. Mesajlarda ""Biz səndən cana doyduq. Biz sənin dilini kəsəcəyik. biz sən i öldürəcəyik" yazılıbmış.
Son bir neçə ildə Dağıstanda bir neçə jurnalist öldürülüb. 2009-cu ildə Dağıstanda "Həqiqət" qəzetinin tədqiqatçı jurnalisti Məlik Əhmədilov öldürülüb, onun meyiti paytaxt Mahaçqalanın yanındakı kənddə tapılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG