Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:41

Fransa aeroportları reyslərin çoxunu ləğv edib




“Reuters” agentliyi xəbər verir ki, Mülki Aviasiya İdarəsi tətilin ölkənin böyük aeroportlarının işinə təsir göstərdiyini bildirib.


Bu gün “Orli” aeroportu reyslərin 50 faizini, Parisin beynəlxalq “Ruassi” aeroportu reyslərin 30 faizini ləğv edib.
Mülki Aviasiya İdarəsi vətəndaşları aeroportlara gəlməmişdən əvvəl həmin reysin ləğv olub-olunmamasını öyrənmək üçün aviaşirkətlərə müraciət etməyi tövsiyə edib.
Fransa parlamenti pensiyaya görə yaş həddinin 60-dan 62-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
336 nəfər qanun layihəsinin lehinə, 233 nəfərsə əleyhinə səs verib.
Sənədin qüvvəyə minməsi üçün, onu prezident Nikole Sarkozi də təsdiq etməlidir.
Fransanın həmkərlar ittifaqları bu gün ölkədə ümummilli tətil keçirməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG