Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Yeni parlament "Diffamasiya haqqında" qanun layihəsini müzakirə edə bilər




Azərbaycanda "Diffamasiya haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarıla bilər. Bu barədə Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

"Diffamasiya haqqında" qanun layihəsi üzərində işi yəqin ki, yaza qədər qurtaracağıq və parlamentə təqdim edəcəyik", - Amaşov bildirib.
"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət edib. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG