Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Kiyevlə Bakı arasında konkret razılaşmalar imzalanacaq


Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı tərəflər arasında dialoqun canlandırılması, bütün sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, xüsusən də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişafı ilə bağlı konkret razılaşmalar əldə olunacaq.

APA agentliyinin məlumatına görə, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Andrey Qonçaruk deyib. O, bildirib ki, İlham Əliyevlə Viktor

Yanukoviç energetika, kosmosdan dinc məqsədli istifadə, maşınqayırma, hərbi-texniki əməkdaşlıq sahələrində birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.

Prezident İlham Əliyev iki günlük səfər zamanı Ukraynanın baş naziri Nikolay Azarov və Ali Radanın sədri Vladimir Litvinlə də görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG