Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:32

Qorbaçov Əfqanıstanda qələbəni mümkün saymır


Keçmiş SSSR-i prezidenti Mixail Qorbaçov hesab edir ki, beynəlxalq koalisiyanın Əfqanıstanda qələbəsi mümkün deyil.

O, BBC-ə müsahibəsində bildirib ki, ABŞ və müttəfiq qüvvələrin Əfqanıstandan çıxarılmasının ləngiməsi, bu ölkədə “Yeni Vyetnam müharibəsi” nə çevrilə bilər.

Qorbaçov hesab edir ki, Qərb ölkələri ordunun Əfqanıstandan çıxarılmasına başlamalaı, eyni zamanda Əfqanıstan hökumətinin ayağa durmasına kömək etməlidirlər.

Rusiyadakı vəziyyətə gəldikdə isə o, ölkədə demokratiyanın taleyindən çox narahat olduğunu qeyd edib.

O, “ Vahid Rusiya” partiyasını antidemokratik ənənələrdə və istənilən vasitə ilə hakimiyyətdə qalmaq istəməkdə tənqid edib.
XS
SM
MD
LG