Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:00

Namizədliyi geri götürmə müddəti başa çatıb


Noyabrın 7-də keçiriləcək parlament seçkisində iştirak edən şəxslərin namizədliklərini geri götürmək müddəti oktyabrın 27-də başa çatıb.

Seçki Məcəlləsinin 73-1-ci maddəsində deyilir ki, qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev “Media forum” saytına açıqlamasında bildirib ki, seçki bülletenləri çap olunduğundan sonra namizədliyini geri götürənlər olsa, onların adı bülletenlərdə qalacaq, sadəcə müvafiq seçki dairəsi üzrə məntəqələrdə bu haqda məlumat asılacaq.
XS
SM
MD
LG