Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:52

Dünya Bankından Azərbaycana dəstək…


Dünya bankının binası
Dünya bankının binası
Dünya Bankı Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyasına başlayır. Bu strategiya 2011-2014-cü illərdə Azərbaycana Dünya Bankının yardımının konturlarını müəyyən edir.

Strategiya hökumətin inkişaf prioritetlərinə əsaslanır və iki əsas sahəni nəzərdə tutur. Birinci istiqamət qeyri-neft sektorunun gücləndirilməsidir. Bu güclənmə, biznes mühitinin yaxşılaşdırılması, daha yaxşı infrastruktur və kənd təsərrüfatının inkişafından keçir. İkinci istiqamət sosial xidmətlərin- səhiyyə, təhsil, sosial müdafiə və su təchizatının yaxşılaşdırılmasıdır.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alam deyir ki, Azərbaycan qlobal iqtisadi böhranın öhdəsindən nisbətən yaxşı gəlib, ancaq böhran göstərdi ki, iqtisadiyyat şaxələndirilməlidir, bazara əsaslanan siyasət, güclü sosial xidmətlər olmalıdır:

“Hökumət bu ehtiyacları ödəməyə hazırlaşdığı bir vaxtda Dünya Bankı-Beynəlxalq Maliyyə Korporasiyası ölkəyə bu işində dəstək olmaq istəyir”.

“AĞILLI HÖKUMƏT BƏHRƏLƏNƏRDİ”

İqtisadçı Kənan Aslanlı deyir ki, bu proqram zamanı sosial xidmətlər, əmək bazarı, əmək qanunvericiliyi və bu sahədəki standartlara diqqət artacaq.

Qubad İbadoğlu
Sənədlə tanış olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə onun mükəmməl olduğu qənaətindədir. İqtisadçıya görə, sənəddə dəyərli tövsiyələr var və ağıllı hökumət onlara əməl etməklə ölkədə bütünlükdə əsaslı dəyişikliklər edə bilər:

“Təbii ki, bir proqram, bir konsepsiya iqtisadiyyatın problemlərini həll etməkdə yetərli deyil. Ordan bəhrələnib proqramlar hazırlaya bilərik, qanunları təkmilləşdirə, yenilərini qəbul edə bilərik. Amma bununla bağlı mühit olmalıdır. Hesab edirəm ki, bu sənədin tətbiqi Azərbaycan hökumətinin iradəsindən asılıdır. Təbii ki, bunu həyata keçirəcək peşəkar hökumət komandası olmalıdır”.

ƏL ƏLİ YUYAR?


Başqa bir iqtisadçı Nazim Məmmədov da hesab edir ki, qeyri-neft sektorunun inkişafı məqsədilə bir milyard vəsaitin ayrılması çox yaxşı niyyətdir. Onun sözlərinə görə, hökumət qeyri-neft sektoruna, istehsal sahələrinə yatırımlarda maraqlıdır. Bu, iqtisadiyyatı canlanıdra bilər. Üstəlik, hökumət bu yolla balanslı siyasət aparır. Bu gün Azərbaycan beynəlxalq qurumların uzunmüddətli kreditlərindən bəhrələnir, təxminən on il sonra Neft Fondundakı vəsaitin dövriyyəsi üçün onlar Azərbaycana üz tuta bilər.

“İQTİSADİ LİBERALLIQ LAZIMDIR”

Amma bu strategiyanın qeyri-neft sektorunda dönüş yaradacağına şübhəylə yanaşanlar da var. İqtisadçı Kənan Aslanlıya görə, əslində bunun üçün bircə şey lazımdır – iqtisadi liberallıq.

Başqa bir iqtisadçı Natiq Cəfərli isə deyir ki, hər şeydən əvvəl inhisarçılıq və korrupsiya aradan qaldırılmalıdır:

Natiq Cəfərli
“Bundan başqa, dövlət qurumları, əsasən də vergi orqanı biznes strukturunun inkişafına mane olur. Nəinki qanuni vergilərin yüksək olması mühiti pisləşdirir, eləcə də rüşvət bu sahənin inkişafına mane olan əsas amildir”.

“MÜƏSSİSƏLƏR AÇILDIĞI KİMİ BAĞLANIR”

Natiq Cəfərli deyir ki, hökumət buna qədər də beynəlxalq maliyyə qurumları ilə bu tipli layihələr gerçəkləşdirib:

“Məsələn, müəssisələrin qeydiyyat müddətinin azaldılması, bir pəncərə sisteminin tətbiqi Beynəlxalq Valyuta Fondu və Dünya Bankının layihələri əsasında baş tutub. Doğrudan da, müəssisələr bir neçə günə qeydiyyata alınır. Amma bu başlanğıcdır. Sonrakı mərhələdə həmin müəssisələrin işləməsi üçün şərait olmalıdır. Bir pəncərə sisteminə keçəndən sonra 44-45 min müəssisə qeydiyyata alınıb. Amma bağlananların sayı da 45 minə yaxındır”.

Hər halda, iqtisadçılar düşünür ki, neftdən asılılıq 5-10 il sonra ölkədə ciddi fəsadlar törədə bilər. Azərbaycan hökumətinin Dünya Bankı ilə həyata keçirəcəyi bu layihə isə məhz neft tükəndikdən sonra baş verə biləcək iqtisadi böhranın qarşısını almağa yönəlib. Üstəlik, birbaşa əhalinin sosil rifahının yaxşılaşdırılması, təhsilə, səhiyəyə diqqətin artırılması və yeni-yeni infrasturukturların yaradılması da nəzərədə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG