Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:25

Medvedev Həştərxan görüşündən sonra açıqlama verib


Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 3 tərəfli görüşü olub.

Bu barədə Rusiya prezidentinin internet saytı xəbər verir.

Rusiya prezidenti Dimitri Medvedev hesab edir ki, dekabrın 1-2-də ATƏT-in Astanada keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı baza prinsiplərinin razılaşdırılmış variantı artıq hazır ola bilər.

Medvedev İlham Əliyev və Serj Sarkisyanla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, hər 3 ölkənin xarici işlər nazirlərinə sənədin yaxın zamanlarda hazırlanmasıyla bağlı müvafiq göstəriş veriləcək.

Medvedev qeyd edib ki, bugünkü görüşdə sülh müqaviləsinin əsasını qoyacaq ümumi prinsiplərlə bağlı açıq qalmış məsələlər müzakirə olunub.

Həştərxan görüşü prezidentlərin ümumilikdə 7-ci, 2010-cu ildə isə 3-cü belə görüşüdür.
XS
SM
MD
LG