Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:06

İndoneziyada ölənlərin sayı 270 nəfəri ötüb


İndoneziyada baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 270 nəfəri ötüb.

400 –dən çox adam isə itkin düşüb.

Bu barədə son rəsmi məlumatda bildirilir.

Ölü sayının artacağı istisna olunmur.

Bazar ertəsi Sumatra adasının yaxınlığında baş vermiş zəlzələnin gücü 7,7 bal olub.

3 metrlik dalğa yüzlərlə evi, yolları və əkin sahələrini basıb.

Çərşənbə axşamı isə Yava adasında vulkan puskürməsi nəticəsində 30-a yaxın adam ölüb, minlərlə sakin evakuasiya olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG