Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02
Bir vaxtlar baş nazir Vladimir Putini dəstəkləmiş Mixail Qorbaçov indi onun rəhbərliyindən çox məyus olduğunu bildirib. Qorbaçov deyib ki, Putin rejimi müxalif qüvvələri zəiflətməklə Rusiyanın gənc demokratiyasını sarsıdıb.

“Putin düşünür ki, demokratiya onun yolunda bir maneədir” - Qorbaçov belə deyib.

SSRİ-nin son prezidenti Putin və onun yaxın müttəfiqi Medvedevi nəzərdə tutaraq deyib ki, “Onların “bu idarəolunmaz ölkə üçün yalnız avtoritar rejim lazımdır” fikrinə inanmalarından qorxuram”.

PİS NÜMUNƏ

Qorbaçov müsahibəsində Putinin rəhbərlik etdiyi Vahid Rusiya Partiyasını keçmiş Kommunist Partiyasına oxşadıb. Üstəlik, bu partiyanı Kommunist Partiyasının pis nümunəsi adlandırıb.

Qorbaçovun dediyinə görə, bu partiyanın rəhbərliyi hakimiyyətlə sıx əlaqə qurmaqda maraqlıdır: “Onlar adi vətəndaşların ölkə həyatında iştirak etməsini istəmirlər”.

PİSLƏNƏN QƏRAR

M.Qorbaçov Putin prezident olan vaxt - 2004-cü ildə verdiyi bir qərarı xüsusi ilə pisləyib. Həmin qərarla Putin qubernatorların və Moskvayla Sankt-Peterburq merlərinin xalq tərəfindən seçilmə üsulunu ləğv edib.

Hazırda qubernatorları da, şəhər merlərini də Kreml təyin edir. Məhz həmin dəyişiklik bu günlərdə Medvedevə Moskva meri Juri Lujkovu asanlıqla istefaya göndərməyə imkan verib.

Qorbaçov deyib ki, “Demokratiya seçkilərdən başlayır”.

DƏRİN EHTİRAM, HÖRMƏT, ANCAQ...

Nə Putin, nə də Medvedev onun bu fikirlərinə reaksiya veriblər. Yalnız Putinin sözçüsü Dmitri Peskov jurnalistlərin Qorbaçovun fikirlərinə şərh vermək xahişinə belə cavab verib: “Biz Qorbaçova dərin ehtiramımızı bildiririk, onun fikirlərinə hörmət bəsləyirik. Ancaq bu o demək deyil ki, biz onunla razıyıq”.

Peskov deyib ki, Rusiyada müxalifət partiyalarının zəif olmasına və xalq arasında nüfuzunun olmamalarına səbəb onların cəlbedici platformalar ortaya çıxara bilməmələridir:

“Onların “bu idarəolunmaz ölkə üçün yalnız avtoritar rejim lazımdır” fikrinə inanmalarından qorxuram”
“Bunun günahı nə Putində, nə də Vahid Rusiya Partiyasındadır”.

Sovet İttifaqının dağılmasından 20 il keçməsinə baxmayaraq, M.Qorbaçov Rusiya cəmiyyətində birmənalı qarşılanmır. O xaricdə daha çox nüfuza malikdir, nəinki Rusiyada. Hələ də bir çoxları 90-cı illərin sosial-iqtisadi xaosunun günahını onda görürlər.

“İŞĞALÇININ HƏRBİ UĞUR QAZANMASI QEYRİ-MÜMKÜNDÜR”

Əfqanıstandan sovet qoşunları çıxarılarkən SSRİ-nin rəhbəri olmuş Qorbaçov hazırda NATO-nun Əfqanıstandakı missiyası ilə bağlı da fikirlərini bölüşüb. Deyib ki, Əfqanıstan kimi ölkədə işğalçının hərbi uğur qazanması qeyri-mümkündür:

“Bunun üçün gərək bütün xalqı qırasan. Bu isə heç bir halda həll yolu deyil”.

Mixail Qorbaçov son vaxtlar tez-tez müxalif fikirlərlə çıxış edir. O aparıcı müxalif qəzetlərdən olan “Novaya Qazeta”nın həmtəsisçilərindən biridir.

Qorbaçov parlament seçkilərində iştirak etmək üçün siyasi partiya yaratmağa kömək etməyə də çalışıb. Lakin hüquqi maneələrə görə bundan imtina edib.

“PARTİYA YARADIB QEYDİYYATDAN KEÇİRMƏK OLURMU?”

“Bu ölkədə demokratik proseslərin irəliləməsi üçün xalqın iştirakı lazımdır. Bunun üçün partiyalar olmalıdır. Amma partiya yaradıb qeydiyyatdan keçirmək olurmu?”.

Mixail Qorbaçov 2012-ci ildə keçiriləcək prezident seçkilərində kimin namizədliyini dəstəkləyəcəyini də bildirməyib. Ardıcıl 3-cü dəfə prezident seçilmək Rusiya Konstitusiyasına zidd olduğuna görə 2008-ci ildə baş nazir postu ilə kifayətlənmiş Vladimir Putinin növbəti seçkidə namizədliyini irəli sürəcəyi gözlənilir.

“The New York Times”

/Sayta hazırladı: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG