Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33
Internetdə naməlum mənbə Amerikanın vitse-prezidenti Co Baydenin videosunu qoyub. Videoda deyilənlər Yerevanda böyük hay-küy doğurub.

Videoya görə, soyqırımını tanımamağı Co Baydendən Ermənistan prezidenti Sarkisyanın özü xahiş edib.

Videoda bir gənc erməni soyqırımını tanımaq problemi ilə bağlı Co Baydendən soruşur ki, “erməni icmasına nə deyim?”

Amerikanın vitse prezidenti Bayden cavab verir ki, “Siz öz icmanıza çatdırın ki, biz geri çəkilmədik. Türklər reallığı etiraf etməlidirlər. Bizim eləməli olduğumuz kompromissdir. Bu istiqamətdə biz işləyirik və işləyəcəyik. Onlara deyin ki, Ermənistan prezidenti mənə zəng vurdu və dedi: “Biz danışıqlar apardığımız vaxt bu problemi gərginləşdirməyin.” Biz də geri çəkildik. Bu, artıq keçmişdə qaldı. Realllıq qəddardır”.

Videodan sonra Sarkisyanın mətbuat katibi Armen Arzumanyan bəyanat verib.
Maraqlıdır ki, o, videoda göstərilən şəxsin Bayden olmasını şübhə altına almayıb . Ancaq Arzumanyan deyib ki, Sarkisyan Baydenə heç vaxt zəng etməyib və danışanda heç vaxt belə deməyib:

“Ermənistan prezidenti Amerikanın vitse-prezidenti Co Baydenə heç vaxt zəng vurmayıb.
2009-cu ildə iki telefon söhbəti olub. Bu telefon söhbətləri Baydenin təşəbbüsü ilə olub.
Həmin danışıqlarda Ermənistan prezidenti videoda deyilən ifadələrə yol verməyib. Əksinə, Serj Sarkisyan bütün çıxışlarında və görüşlərində soyqırımın beynəlxalq aləmdə tanınmasının vacibliyini vurğulayıb”.

Arzumanyan daha sonra deyib ki, qoy Ağ Ev danışığın yazısnı ictimaiyyətə açsın:

“Ağ Evdə vitse-prezidentin bütün rəsmi telefon danışqlarının yazısının olmasına Ermənistan əmindir. Ona görə Ermənistan videoda deyilən danışığn yazısının açıqlanmasına rəsmi razılıq verir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG