Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:37

Moskva ilə Kİyev neftin tranziti ilə bağlı sənəd imzalayıblar


Rusiya ilə Ukrayna neftin tranziti ilə bağlı razılaşma imzalayıblar.

Ukraynanın energetika naziri Sergey Şmatko jurnalistlərə bildirib ki, sənəd ümumi xarakter daşıyır, Ukrayna ərazisindən Avropaya ötürüləcək neftin həcmi isə bir qədər sonra müəyyən ediləcək.

Rusiyanın baş naziri Vladimir Putin hazırda Kiyevdə səfərdədir.

O, Ukraynana iqtisadi əməkdaşlıqla bağlı dövlətlərarası komissiyanın iclasında iştirak etmək üçün gedib.

Ukraynanın baş naziri Nikolay Azarov bundan əvvəl bildirmişdi ki, Kiyev qazın qiymətinin dəyişdirilməsi ilə bağlı məsələ qaldırmaq fikrindədir.

Səfər zamanı Vladimir Putinin Ukrayna prezidenti Viktor Yanukoviçlə də görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG