Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

NATO-Rusiya münasibətlərində mühüm dönüş ola bilər


NATO-nun Lissabonda keçiriləcək növbəti sammiti, Əfqanıstan müharibəsi və raket əleyhinə müdafiə sistemi sahəsində əməkdaşlq da daxil olmaqla, Rusiyayla münasibətlərdə mühüm rol oynaya bilər.

Bunu NATO-nun baş katibi Andres Foq Rasmussen Financial Times qəzetinə müsahibəsində deyib.

Rasmussen sammit zamanı Avropada raket hücumlarından müdafiə sisteminin qurulmasında Rusiyayla qarşılıqlı anlaşmaya gəlinəcəyinə ümidlə yanaşdığını bildirib.

O, qeyd edib ki, Rusiya bu məsələdə NATO ilə əmıkdaşlıq edə bilər.

Bundan başqa Rusiya Əfqanıstan müharibəsində beynəlxalq koalisiya ilə əməkdaşlığı daha da genişləndirə bilər.
Sammitdə Rusiya prezidenti Dimitri Medvedev də iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG