Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Şagirdlər üçün “QULaq Arxipelaqı” hazırdır


Baş nazir Putin Natalya Soljenitsinanı qəbul edir. Moskva, 26 oktyabr 2010

Baş nazir Putin Natalya Soljenitsinanı qəbul edir. Moskva, 26 oktyabr 2010

Nobel mükafatlı rus yazarı Aleksandr Soljenitsının “QULaq Arxipelaqı” romanının qısa variantı hazırlanıb.

Məlumatı yazıçının həyat yoldaşı Natalya Soljenitsına açıqlayıb.

Əsərin qısa versiyasını da elə o hazırlayıb.

30 oktyabr – Siyasi Repressiya Qurbanlarını Anım günü ərəfəsində əsər orta məktəblərin məcburi oxu proqramına salınıb.

Natalya Soljenitsına deyib ki, qısa versiya hazırlanarkən heç də romanın ümumi quruluşuna xələl dəyməyib, əsərin süjeti olduğu kimi saxlanıb.

O, kitabın orta məktəbdə tədrisinin əhəmiyyətindən danışarkən deyib ki, tarixi bilmək – tarixdəki facilərdən nəticə çıxarmağa və onların bir daha təkrarlanmamasına yardım edir.

Yazıçının həyat yoldaşını oktyabrın 26-da baş nazir Putin də qəbul edib. Hazırlanan kitabın Rusiyada "hamı üçün" olduğunu deyib.

Prezident Medvedev isə Siyasi Repressiya Qurbanlarını Anım günü ərəfəsində bildirib ki, repressiyaları milyonlarla insanın ölümünə səbəb olan Stalinə heç bir halda bəraət qazandırıla bilməz.

“QULaq Arxipelaqı” Stalinin yaratdığı və milyonlarla rejimdən narazı saydığı insanı göndərdiyi islah-əmək düşərgələrinin dəhşətlərindən bəhs edir.

Özü də Stalin repressiyalarının qurbanı olmuş və islah düşərgəsində uzun illər cəza çəkmiş Soljenitsının bu romanı 1973-ci ildə Parisdə çap olunmuşdu.

Sovet İttifaqından qovulan müəllif yalnız SSRİ dağılandan sonra Vətəni Rusiyaya qayıda bilmişdi.

Soljenitsın 2008-ci ildə vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG