Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:40

«Nol yeddisi noyabrda seçkiyə gəlin»


Musa Qasımlı
Musa Qasımlı
42 saylı Sumqayıt ikinci seçki dairəsindən bitərəf namizəd Musa Qasımlı seçicilərə müraciət etdi ki, siz bu seçkilərdə radikallara yox, ölkəni lider ölkəyə çevirən prezident İlham Əliyev siyasətini dəstəkləyənlərə səs verin

KXCP-dən namizəd olan Mirmahmud Fəttayev cavabsız qoymadı

«Bəs deyirdin bitərəfəm? Siyasətçinin tərəfi olmalıdır, siyasətçi bitərəf ola bilməz və deputat ən böyük siyasətçidir».

«PREZİDENTİNDƏN XAHİŞ EDİRƏM KƏRƏM HƏSƏNOVUN HESABAT VERMƏSİNİ TƏMİN ETSİN»


AMİP-dən namizədliyi irəli sürülən Məzahir Qasımov Sumqayıt Alüminium zavodu fəhlələrinin kütləvi şəkildə işdən azad olunmasını ordakı təqaüdçülərin əməkhaqqısının verilməməsini məmur özbaşınalığının yaratdığı işsizliklə bağladı. Qeyd elədi ki, Əmlak Komitəsi tərəfindən rəhbərlik edilən bu müəssisənin dayandırılması birbaşa həmin müəssisəyə olan münasibətin nəticəsidir:
Mirmahmud Fattayev


«Bunu prezidentin regionların apardığı iqtisadi inkişafın əleyhinə qarşı bir xəyanət kimi qiymətləndirirəm. Mən Kərəm Həsənovun sabah hesabat verməsinin təmin olunmasını ölkə prezidentindən xahiş edirəm».

«HÖKUMƏT ÖZÜ ŞƏRAİT YARADIR Kİ, HƏKİM, MÜƏLLİM RÜŞVƏT ALARAQ ALÇALSIN»


«İnsan Naminə» blokun həmin dairədən namizədi Cahan Əliyeva dedi ki, təhsil və səhiyyə ali təhsilli həkim son artımdan sonra 130 manat, müəllim isə 140 manat əməkhaqqı alırsa, hökumət özü şərait yaradır ki, bu sferada işləyənlər rüşvət alaraq alçalsınlar:

«Necə olur ki, hüquq-mühafizə, ədliyyə orqanlarında çalışanların maaşı dəfələrlə, 100 faizlərlə artırılır, müəllim və həkimlərin maaşı isə cəmi 10 faiz artırılır, o da seçkiqabağı. Hüquq-mühafizə və ədliyyə orqanlarında maaşlar artırılanda hökumət belə bir arqument gətirir ki, bu həmin sferada işləyənləri
Hansı dairədən kim?
rüşvətxorluqdan çəkindirən tədbirlərdəndir. Burdan belə nəticə çıxır ki, müəllim, həkim, sənə hələ yaşıl işıqdır rüşvətini al. Görəsən, MM-də təyin olunub oturam millət vəkilləri 130-140 manata ailəsini demirəm, özünü neçə gün dolandıra bilər?»

«İLHAM ƏLİYEVDƏN XAHİŞ EDİRƏM MƏNİ BEŞ DƏQİQƏ QƏBUL ETSİN»


Bitərəf namizəd Səlim Məmmədov isə qeyd elədi ki, Heydər Əliyev hakimiyyətdə olarkən və ondan əvvəl də birinci katib olanda belə bir ifadə işlətmişdi ki, Sumqayıt respublika idarəetməsində tramplindir, ancaq bu gün Sumqayıt savadsız məmurların poliqonuna çevrilib. Sonra prezidentdən onu xahiş etməsini istədi:

«Mən burdan möhtərəm İlham Əliyev cənablarına müraciət edirəm ki, Heydər Əliyevin prezident seçki komissiyasının sədri kimi xahiş edirəm məni beş dəqiqə qəbul etsin».

«SİZ ÜRƏYİNİZİ MƏNƏ VERİN, MƏN SİZİN ÜRƏYİNİZ OLUM»


Bitərəf namizəd Oktay Ağayarov əminliklə «mən inanıram Sumqayıtda qutudan çıxan deputat olacağam» deyəndən sonra bildirdi ki, o, heç bir siyasi partiyanın üzvü deyil:

«Mən rəhmətlik Heydər Əliyevə xidmət etmişəm, indi də dövlətçiliyə xidmət edirəm. Mən min yerə papaq atmamışam. Əziz sumqayıtlılar, siz mənə səs verin ürəyinizi mənə verin, mən sizin ürəyiniz olum, mən sizə arxa olum, siz mənə duran kimi».

«NOL YEDDİSİ NOYABRDA SEÇKİYƏ GƏLİN!»


94 saylı Bərdə kənd seçki dairəsindən YAP-ın namizədi Şəmil Behbudov: «Nol yeddisi noyabrda seçkiyə gəlin!»

Bitərəf namizəd Taleh Şahsuvarlı isə seçicilərə belə müraciət elədi:

«Xoş gördük, qocaman Bərdə! Bizi izləyən seçicilərdən xahiş edirəm ki, bütün yaxınlarına xəbər versinlər, mesaj açsınlar. Desinlər ki, 7 noyabrda ellikcə gedib səs verəcəyiniz Taleh Şahsuvarlı 1-ci kanaldadır».

Həmin dairədən bitərəf namizəd Püstə Mehdiyeva: «Mən elə namizəd deyiləm, deputat sözü məndən çox uzaqdır. Mən sadəcə sizin vəkiliniz olmaq istəyirəm».

«ATAMI DA YAXŞI TANIYIRSIZ, QAZ İDARƏSİNDƏ İŞLƏYİB, MƏNƏ SƏS VERİN»


90 saylı Ağdaş Seçki dairəsindən namizəd AMİP-in namizədi Loğman Əliyev isə hər dəfə çıxış edəndə «Atamı da yaxşı tanıyırsız, qaz idarəsində işləyib hamınızın evinə bir-bir gəlib, mənə səs verin» deyə vurğulayıb.

«ZAQATALADA MÜXALİFƏT ÜÇÜN YER YOXDUR»


110 saylı Zaqatala Seçki Dairəsindən YAPın namizədi isə çıxışın əvvəlindən son qədər müxalifətin əleyhinə və hakimiyyətin bu rayonda gördüyü abadlıq işlərindən danışdı:

«Amma müxalifət hər şeyi inkar edir. Mənə elə gəlir ki, bu gün Zaqatalada müxalifət üçün yer yoxdur».

Həmin dairədən bitərəf namizəd Bəhruz Bayramov: «Cənab prezidentin siyasətinə sadiq qalacam».

«10 İL AXTARDIĞINIZ ADAM BURDADIR, GEDİN QURBAN KƏSİN!»


119 saylı Ağdam kənd seçki dairəsindən bitərəf namizəd «Təzadlar» qəzetinin baş redaktoru bildirdi ki, o, debata gəlməzdən əvvəl öz şəkli ilə digər namizəd «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun şəklini adamlara göstərib. Adamlar onu tanısa da, Bəxtiyar Sadıqovu 10 axtarışda olan adama bənzədiblər:

«Ay ağdamlılar gözünüz aydın, sizin 10 axtardığınız adam burdadır, gedin qurban kəsin».

Bəxtiyar Sadıqov əvvəlcə bu deyilənlərə münasibət bildirməyib, Heydər Əliyevin, İlham Əliyevin apardığı uğurlu siyasətdən danışdı. Amma sonra Asif Mərziliyə cavab verdi.

«Çörəyi qəzet reketçiliyindən çıxan bir adamın belə bir söz deməsi məni təəccübləndirmir. İndi əziz seçicilər, siz özünüz baxın nəticə çıxarın».
XS
SM
MD
LG