Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41
Oktyabrın 27-də Xəzər rayon Məhkəməsində “Yeni Müsavat” qəzetinin müxbiri Elmin Bədəlovun və “Milli yol” qəzetinin baş redaktor müavini Anar Gəraylının Xəzər rayon Polis İdarəsinə qarşı iddiası üzrə məhkəmə prosesi olub. Məhkəmə iddianı təmin etməyib.

Jurnalistlər Xəzər rayon polis idarəsini bu il iyulun 28-də Şüvəlan qəsəbəsində peşə fəaliyyətlərini həyata keçirərkən döyülmələri faktı üzrə cinayət işi açmaqdan imtina etməsinə görə məhkəməyə vermişdilər.

İddiaçılar məhkəmədən polisin cinayət işi qaldırmaqdan imtina etməsinin qanunsuz sayılmasını və yenidən obyektiv araşdırma aparılması barədə onların üzərinə vəzifə qoyulmasını tələb edirdilər.

Elmin Bədəlovla Anar Gəraylı bu il iyulun 28-də “Şimal DRES” qəsəbəsində yerləşən villaların şəkillərini çəkərkən döyülmüşdülər.

Şərhləri göstər

XS
SM
MD
LG