Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

ABŞ Buşehr Atom Elektrik Stansiyasında problem görmür


ABŞ İranın Buşehr atom elektrik stansiyasının fəaliyyətə başlamasında heç bir problem görmür. ABŞ-ın Dövlət Katibi Hillari Kiltnon oktyabrın 26-da belə deyib və əlavə edib ki, problemli məsələ Natanzdakı uran zənginləşdirmə zavodu və Qum və başqa yerlərdəki gizli zavodlardır. ABŞ əmindir ki, həmin müəssisələrdə İran nüvə silahı proqramını davam elətdirir.

İran bu gün bəyan edib ki, Buşehrdəki atom elektrik stansiyasına yanacaq yükləməyə başlayıb. Rusiyanın tikdiyi və yanacaqla təmin elədiyi 1000 meqavattlıq atom elektrik stansiyasının gələn ildən enerji istehsalına başlayacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG