Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:21

Fransa Senatı ölkəbyu etirazlara səbəb olan pensiya islahatını qəbul edib


Fransa Senatı ölkəbyu etirazlara səbəb olan pensiya islahatını qəbul edib.
PArlamentin yuxarı palatası syaılan Senatda 177 nəfər qanunun lehinə, 151 nəfər əleyhinə səs verib. İslahat paketi aşağı palatada, Milli Assambleyada Çərşənbə günü səsverməyə çıxarılacaq və qəbul edilsə qüvvəyə minəcək.

Pensiya islahatı paketi pensiya yaşının 60-dan 62-yə qaldırılmasını nəzərdə tutur.

Pensiya islahatına etiraz olaraq bu gün Fransada tələbələr yürüşlər keçiriblər və umummilli tətilə dəstək veriblər.

Amma bu gün Fransada 12 neftayırma zavodundan 5-iin fəhlələri yanacaq qıtlığı üzündən tətili dayandırıb, işlərinə dönüblər.

Həmkarlar ittifaqları rəhbərləri isə iddia edirlər ki, etiraz tətili bitmir, sadəcə fərqli formalar alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG