Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:36

Korrupsiya ilə bağlı 152 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib


2010-cu ilin on ayı ərzində korrupsiya ilə bağlı 152 şəxs barəsində 80 cinayət işi istintaq olunaraq müxtəlif məhkəmələrə göndərilib. Bu barədə AzadlıqRadiosuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda isə idarənin müstəntiqləri tərəfindən 55 iş üzrə ibtidai istintaq həyata keçirilir.

Ötən il isə korrupsiya cinayətləri ilə bağlı 116 şəxs barəsində 103 iş istintaq olunaraq məhkəmələrə göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2005-ci ildə yaradılıb.
XS
SM
MD
LG