Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Azərbaycanda əhalinin sayı 9 milyonu keçib


2010-cu ilin oktyabr ayının 1-nə əhalinin sayı 9 milyonu keçib və əhalinin sayı 0,9 % artıb. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini isə qadınlar təşkil edir. Bu haqda Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

Onun sözlərinə görə, əhalinin 31 faizini gənclər təşkil edir. Ömür uzunluğu 73,5 yaşdır. Kişilərdə 70,9, qadınlarda isə 76,1 yaş təşkil edir.

Komitə sədri bildirib ki, ilin sonuna doğulanların sayının 160 mindən artıq olması gözlənilir ki, bu da son 16 ildə ən yüksək göstəricidir.

Bu il 53 min nikah qeydə alınıb və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azdır. Boşananların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 6,5 min nəfərə çatıb.

Bu il ölüm halları da artıb. 41,4 min nəfər ölüb. Ötən ilin müvafiq dövründə isə ölənlərin sayı 39,5 min nəfər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG