Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Xeyriyyəyə kim çox pul verir? Qadın? Kişi?


Maradona Moskvada bir tədbirdə iştirak etməklə, xeyriyyəyə 500 min dollar yığıldı

Maradona Moskvada bir tədbirdə iştirak etməklə, xeyriyyəyə 500 min dollar yığıldı

Qadınlar kişilərdən qat-qat çox xeyriyyəçidir.
Gəlirindən, maaşından asılı olmayaraq demək olar ki, hər bir qadın xeyriyyəyə pul verir.

Bu, Amerikanın İndiana Universitetində Filantropiya Mərkəzinin apardığı yeni araşdırmanın əsas nəticəsidir.

İndiyə kimi ehtimal olunurdu ki, qadınlar daha çox xeyriyyəçidir. Ancaq belə dəqiq nəticəni heç kim gözləmirdi.

Xeyriyyəyə pul verən qadınlar kişilərdən 26 faiz çoxdur.

Bundan əvvəlki araşdırmada isə məlum olmuşdu ki, qadınlar ərlərini də xeyriyyəyə pul verməyə sövq edirlər.

Amerikanın Qırmızı Xaç təşkilatı yeni araşdırmanın nəticələrini təsdiqləyib və bildirib ki, ona ən çox pul verən qadınlardır.
Amerikada 600 qadın var ki, hər il bu təşkilata hərəyə ən azı 10 min dollar verirlər.

World Vision qrupunun yalnız qadınlardan ibarət Women of Vision qrupu var. Bu qrupun 3 min üzvünün hər biri ildə 2 min dollar xeyriyyə pulu verir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG