Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:34

Ağcabədidə kütləvi zəhərlənmə olub, 2 nəfər ölüb


Ağcabədi rayonunda iki nəfərin ölümü ilə nəticələnən kütləvi zəhərlənmə baş verib. Rayonun Taynaq kəndində ev şəraitində konservləşdirilmiş xiyar turşusundan 30-dan çox adam zəhərlənib.

Nəticədə Ağcabədi rayon xəstəxanasına yerləşdirilən xəstələrdən biri - 57 yaşlı Ofeliya Mehdiyeva dünyasını dəyişib. Xəstəxanaya müraciət edənlərdən 8-nin vəziyyəti ağır olduğu üçün onlar təcili olaraq Bakıya, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 60 yaşlı Füzuli Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağcəbədi rayon hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. Kənd sakinlərinin dediklərinə görə, zəhərlənmə hadisəsi qohumların toplaşdığı qonaqlıq mərasimində baş verib./AnsPress/

Günün bütün mövzuları

XS
SM
MD
LG