Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03

İran Əfqanıstana pul verdiyini təsdiqləyib


Həmid Kərzayi Tehrandan yüz minlərlə dollar aldığını etiraf etməsinin ardınca İran da yardım etdiyini təsdiqləyib.

İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, Tehran Əfqanıstanda rekonstruksiya işlərinə yardım göstərir. Nazirlik rəsmisi yardımın şəklini dəqiqləşdirməyib.

Oktyabrın 25-də Əfqanıstan prezidenti Həmid Karzayi onun aparat rəhbərinin İrandan nəğd pul aldığını etiraf edib. Bildirib ki, 980 min dollar şəffaf şəkildə dövlət ehtiyacları üçün xərclənib.

Bundan əvvəl «The New York Times» qəzeti Əfqanıstan rəsmilərinin İrandan mütəmadi olaraq nağd pul aldığını yazıb.

Kərzayi isə ödənişin gizli aparıldığını təkzib edib.

Ağ Ev bəyanat yayaraq İranın Əfqanıstana «mənfi təsirindən» narahat olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG