Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:56

ABŞ-da 4 günəş elektrik stansiyası tikilir


ABŞ hökuməti Kaliforniyada nəhəng günəş elektrik stansiyasının tikintisinə razılıq verib.

250 meqavat gücündə olan 4 stansiyanın Los-Ancelsin şərqində səhrada tikilməsi planlaşdırılır.

ABŞ-ın Daxili İşlər naziri Ken Slazar bildirib ki, günəş elektrik stansiyasının gücünün 1000 meqavat olacağı gözlənilir. Bu stansiya 750 min evi elektriklə təmin edə bilər.

Günəş stansiyalarının hər birinin qiyməti milyard dollar qiymətləndirilir. Onların ümumi gücü atom elektrik stansiyasının gücünə bərabər olacaq.
XS
SM
MD
LG