Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01

Azərbaycan: Jurnalistlər zorakılıq və təqiblərə məruz qalır


“Döyülən, Damğalanan və Barmaqlıqlar arxasında saxlanılan: Azərbaycanda İfadə Azadlığı Məkanının Yox Olması”

I. Xülasə & Əsas Tövsiyyələr

Azərbaycan hökuməti ölkədə ifadə azadlığını məhdudlaşdırmaq üçün bütün mümkün səylərdən istifadə edir. Yüksək çinli məmurlar hökuməti tənqid edən jurnalist və hüquq müdafiəçilərinə qarşı böhtan və təhqirə görə cinayət təqibi (defamasiya) və digər ittihamlardan tez-tez istifadə edirlər. Çoxlu sayda jurnalistə qarşı məhkəmə işləri başlanmış və onların bəziləri həbs olunmuş və ya cərimələnmişdir. Polis cəzasızlıq muhitində jurnalistlərə qarşı fiziki zorakılıqdan istifadə edərək jurnalistlərin ictimai maraq kəsb edən bir sıra məsələlərlə bağlı apardiqları araşdırmalara qəsdən müdaxilə edir.
Azərbaycanda qarşıdan gələn 7 Noyabr seçkiləri ərəfəsində bu cur halların mövcudluğu çox narahatedicidir, çünki azad və ədalətli seçkilərin keçirilməsi üçün işlək ictimai müzakirə çox vacib meyardır. Azərbaycan hökuməti ənənəvi olaraq həmişə seçkilərdən əvvəl ifadə azadlığını məhdudlaşdırmışdır və ümumilikdə bu seçkilər heç vaxt beynəlxalq standartlara cavab verməmişdir.

Hökumətin mətbuata qarşı apardığı bu kampaniya medianın bütün formalarını, o cümlədən yayım, yazılı və elektron formalarını əhatə edib. Jurnalistlərin qorxudulması ilə yanaşı, təqib və polis zorakılığı ilə yanaşı, 2009-cu ildə qəbul olunan hüquqi dəyişikliklərə görə şəxsin icazəsi və xəbəri olmadan, hətta ictimai tədbirlərdə də, jurnalist tərəfindən onun video, fotoçəkilişinin və ya səsinin yazılması məhdudlaşdırılmışdır. 2009-cu ilin əvvəlindən başlayaraq hökumət FM dalğasında yayinlanan xarici radioların yayımına da qadağa qoymuşdur.

Mətbuat azadlığı həm də media üçün peşəkar assosiasiya və özünü-tənzimləyən orqan kimi fəaliyyət göstərməli olan Mətbuat Şurası tərəfindən məhdudlaşdırılmışdır. Bu qurum mütəmadi olaraq qəzetlərin “qara siyahısı”nı çap edir ki, bu da özlüyündə qəzetlərin işguzar fəaliyyətinin və informasiya almasının məhdudlaşdırılmasına xidmət etmiş olur.

Human Rights Watch təşkilatı Azərbaycanda uzun illərdan bəri ifadə azadlığının məhdudlaşdırılmasını müşahidə etmişdir. Təşkilatın apardığı tədqiqatlar ölkədə jurnalistlərə və höküməti açıq tənqid edənlərə və ya hüquq pozucularını ifşa edənlərə qarşı düşmən münasibətin artdığını müəyyən etmişdir. Bu hesabat hazırlanması üçün, Human Rights Watch təşkilatı Azərbaycanda 37-dən çox yazılı mətbuat və radio nümayəndələri, redaktorlar, bir radio stansiyanın rəhbəri, eləcə də hüquqşunaslar, digər ekspertlər və hökumət nümayəndələri ilə görüşlər keçirtmişdir.

Azərbaycanda müstəqil və müxalif mətbuata qarşı dövlətin düşmənçiliyi artiq bir neçə il ildir ki, ciddi bir problemə çevrilmişdir. 2007-cil ilin sonunda 10 jurnalist həbsxanaya salınmışdı. Baxmayaraq ki, hazırda 3 jurnalist həbsxanada barmaqlıqlar arxasındadır, amma bu hal heç də mətbuatın vəziyyətinin yaxşılaşması demək deyil. Hökuməti tənqid edən məqalələrə görə cinayət təqibi və digər arzuolunmaz hallarla qarşılaşmamaq üçün bir çox jurnalistlər və redaktorlar mütəmadi olaraq özünü-senzuraya variantına üstünlük verir.

Son illərdə ən azı 9 jurnalist öz həyatlarının təhlükəsizliyini təmin edə bilmədiklərinə görə Azərbaycanı tərk etmişdir. Baxmayaraq ki, bir istisna hal kimi bu hesabatda toxunulan hüquq pozuntuları Bakıda yerləşən jurnalistləri əhatə edir, amma araşdırmalar göstərir ki, əyalətlərdə jurnalistlərin qorxudulması halları daha da kəskinləşmiş və bunun yerli mətbuata təsiri kimi özünü-senzura metodu total hal almışdır.

Ölkədə böhtan və təhqirə görə mülki və cinayət təqibi (kriminal defamasiya) ittihamları qeyri-zorakı tənqidi və müxalif fikri susdurmaq üçün geniş şəkildə istifadə olunur. Kriminal defamasiya ittihamları bir çox hallarda jurnalistlərin azadlıqdan məhrum edilməsi və ya böyük məbləğdə cərimələnməsi ilə nəticələnmişdir. Azərbaycanda media hüquqları ilə məşğul olan yerli qeyri hökumət təşkilatı Media Hüquqları İnstitunun tədqiqatlarına əsasən 2010-cu ilin birinci yarısında hökumət nümayəndələri tərəfindən 26 cinayət işi qaldırılmış və məhkəmələr 14 cinayət sanksiyası vermişdir. Bundan əlavə, qaldırılan 36 mülki defamasiya iddiasından 30-u həyata keçmişdir.

Hökümət nümayəndələri böhtana və təhqirə görə cinayət təqibi ittihamlarını jurnalistlərlə yanaşı, həm də höküməti açıq tənqid edən vətəndaş cəmiyyəti numayəndələrinə, o cümlədən hüquq müdafiəçilərinə, müxalifət fəallarına və ziyalılara qarşı onları susdurmaq üçün istifadə edir. Daxili İşlər Nazirliyi defamasiya ittihamlarından ən çox istifadə edən orqandır. Bu nazirliyin qaldırdığı ən ümumi iddia odur ki, qarşı tərəf polis tərəfindən edilən pis rəftar, işgəncə və rüşvət halları ilə bağlı müsahibələr verərkən nazirliyin işgüzar imicinə mənəvi ziyan vurur.

Bir sıra hallarda, hökümət məmurları jurnalistləri susdurmaq üçün digər cinayət ittihamlarından da istifadə edir. Məsələn, hökumətin tənqidçisi və ölkənin iki məşhur qazetinin baş redaktoru və qurucusu olan Eynulla Fətullayev terrorçuluq, irqi, milli vı dini nifaq yaratmaq və vergidən yayınma ittihamları ilə 2007-ci ildə günahlandırılaraq ümumilikdə 8 il yarım azadlıqdan məhrum edilmişdir. Digər iki ayrı epizodda isə hokumətin tənqidçisi Qənimət Zahidov və sosial media vasitəsi ilə hökumətin siyasətini tənqid edən gənc fəallar Emin Milli və Adnan Hacızadə xüsusi quraşdırılmış bir hücumdan sonra qondarma xuliqanliq ittihamlarında günahlandırılaraq həbs olunmuşdur.

Hökuməti tənqid edərkən jurnalistlər, hüquq müdafiəçiləri və digərləri zorakılıq, təhdid və təzyiq riski ilə qarşılaşırlar. Bu hesabatda əks olunan bütün zorakılıq faktlarında, jurnalistlər öz peşə öhdəliklərini yerinə yetirərkən, iş başında hücuma məruza qalmışlar. Jurnalistlər ictimai nümayişlər zamanı polislərin davranışlarının müşahidəsini apardıqları zaman, polislər tərəfindən onların saxlanılması, video, foto və digər materiallarının əllərindən alınıb silinməsi və müsadirə olunması halları tez-tez baş verən hadisələrdəndir. Bu hesabatda toxunulan zorakılıq halları ilə bağlı jurnalistlər şikayət etsələr də, bu hüquq pozuntularının indiyədək tərəfsiz və bütöv araşdırılması aparılmamış və zorakılığı törədənlər məsuliyyətə cəlb olunmamışlar.

Cəzasızlıq mühitində jurnalistlərə qarşı zorakılıq halları və onların təqibə məruz qalmalarının jurnalist və redaktorların fəaliyyətinə çox mənfi təsiri vardır. Onlar etiraf edirlər ki, hökuməti tənqid edən məqalələr yazdıqlarına görə qarşılaşa biləcəkləri hüquqi və fiziki cəzadan qorxduqları üçün mütəmadi olaraq özünü-senzura variantına üstünlük verirlər. Bu səbəbdən, çoxlu sayda jurnalist və redaktorlar bəzi mövzulara, xüsusilə hökumətlə bağlı məsələlərə, toxunmaqdan ümumilikdə ya çəkinir, ya da o mövzularla bağlı araşdırma yazılarinı məhdudlaşdırırlar. Bunun nəticəsi olaraq da, Azərbaycan vətəndaşının məlumat almaq azadlığının qarşısı alınmış olur.

Hüquqi və fiziki təzyiqlərlə yanaşı, qəbul olunan bir sıra hüquqi dəyişikliklər və icra qərarları ifadə azadlığını daha da mahdudlaşdırmışdır. Bura 2009-cu ilin martında keçirilən referendumla konstutisiyaya edilən dəyişiklik və əlavələr nəticəsində şəxsin icazəsi və xəbəri olmadan, hətta ictimai tədbirlərdə də, jurnalist tərəfindən onun video, fotoçəkilişinin və ya səsinin yazılması məhdudlaşdırılmışdır. 2009-cu ilin əvvəlindən xarici radiostansiyaların – Azadliq radiosu, BBC və Amerikanın Səsi radiolarının FM dalğalarında yayımına qadağa qoyularaq, bir çox radio dinləyicilərini əhəmiyyətli məlumat qaynağından məhrum etmişdir. Hökumət Milli Radio və Televiziya Şurasının (MTRŞ) üzvlərini özü birbaşa təyin etməklə bütün yayım tezliklərində total nəzarəti həyata keçirir.

Guya üzvlük və özünü-tənzimləmə əsasında fəaliyyət göstərən Mətbuat Şurası jurnalistikanın etik standardlarını pozduğu guman edilən qəzetlər cəzalandirmaq məqsədiylə mütəmadi olaraq “Reket qəzetlərin qara siyahısı”nı açiqlayır. Hazirda bu siyahıda 80 qəzetin adı var və siyahidakı ən azından bəzi “qara damğalama” hallarının siyasi motivli olduğu görünür. Baxmayaraq ki, Mətbuat Şurasının formal icraetmə mexanizmi yoxdur, amma dövlət və qeyri-dövlət müəssisələri, o cümlədən nəşriyyat şirkətləri də bu “qara damğalanmış” qəzetlərlə nə işguzar əlaqə qurur, nə də informasiya ilə təmin edir. Bəzi hallarda, “qara damğalama” mətbuat orqanlarının bağlanması ilə nəticələnmişdir.

Beynəlxalq hüquqa görə və Azərbaycanın tərəfdaş olduğu İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Siyasi və Mülki Hüquqlar üzrə Beynəlxalq Xartiyaya görə ölkədə ifadə azadlığını təmin etmək üçün Azərbaycan hökumətinin üzərinə götürdüyü spesifik hüquqi öhdəliklər vardır. Beynəlxalq insan hüquqları qanununa görə ifadə azadlığı həm fərdin ləyaqətinin, həm də demokratik cəmiyyətin səmərəli funksiyası üçün vacib olan fundamental hüquqdur.
Beynəlxalq insan hüquqları qanunu başqalarının şərəf və layaqətini qorumaq məqsədilə ifadə azadlığını məhdudlaşdırmaya icazə versə də, bu tip məhdudlaşdırmalar dar çərçivədə yalnız qanuni məqsədə xidmət etməli və buna demokratik cəmiyyətdə ehtiyac ola bilər.

Avropa İnsan Hüquqları Məhəməsinin kazus qanununda (presedent hüququ) deyilir ki, böhtana görə, xüsusilə bu ictimai əhəmiyyət daşıyan və ya ictimai şəxslərlə baglı olan məsələləri əhatə etdiyində, təyin olunan defamasiya ittihamı hökumət tərəfindən verilən qeyri-mutənasib, qeyri-adekvat cavabdır. Beynəlxalq insan hüquqları qanununda da vurğulandığı kimi, siyasətçilər və digər ictimai xadimlər adi vətəndaşlardan fərqli olaraq tənqidə daha dözümlü olmalı və öz davranışlarınə daha ciddi nəzarət etməlidir.
Azərbaycan uzun illərdən bəri, xüsusilə 2000-ci ildə Avropa Şurasına üzv olduqdan sonra, ifadə azadlığı öhdəliyini yerinə yetirmək üçün çoxtərərfli və ikitərəfli donorlardan beynəlxalq yardımlar almaqdadır. Ölkə Avropa Şurasına üzv olarkən fundamental hüquq və azadlıqları qorumaq, o cümlədən “ifadə azadlığını təmin etmək və mətbuatın müstəqilliyini və jurnalistləri qorumaq” öhdəliklərini uzərinə götürmüşdür.

Azərbaycanın beynəlxalq tərəfdaşları rəsmi Bakının bu öhdəlikləri yerinə yetirmə səylərini tənqid etmişdir, lakin bu tənqid onların Azərbaycanla qarşılıqlı əlaqələrinə çox cuzi təsir etmişdir. Əgər beynəlxalq ictimaiyyət rəsmi Bakının üzərinə götürdüyü ifadə azadlığı öhdəliklərinə hörmət etməsinə müvəffəq olmaq istəyirsə, Azərbaycanın beynəlxalq tərəfdaşları insan hüquqlari pozuntularının qarşısını almaq və yaxşılaşdırmaq üçün ciddi nəzarət mexanizmləri təyin etməlidir.

Azərbaycan hökuməti təcili addımlar ataraq böhtan və təhqirə görə cinayət təqibini (kriminal defamasiya) ləğv etməli və müvafiq hüquqi dəyişikliklər etməklə defamasiya müddəalarını Cinayət Məcəlləsindən mülki qanuna keçirtməlidir. Mülki defamasiya işlərində zərərə görə məbləğə ağlabatan yuxarı hədd qoymaq üçün Mülki Məcəlləyə əlavələr edilməlidir.

Hökumət orqanları jurnalist və hüquq müdafiəçilərinə qarşı cəzasızlıq mühitində törədilən zorakılıq və təhdidlərə son qoymaq üçün dəqiq, çevik və qərəzsiz tədqiqatlar aparmalıdır. Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərində tələb olunduğu kimi, bu istintaq tədqiqatları hadisəni törədənlərin məsuliyyətə cəlb olunmasına qədər davam etdirilməlidir.

Hakimiyyət həm də media vasitələrinin müxtəlifliyini təmin etməli, informasiyaya çatımda və peşəkar jurnalist praktikasında lazımsız məhdudiyyətləri ortadan qaldırmalı və xarici medianın ölkədə yayımına icazə verməlidir. Hökumət “reket qəzetlərin qara siyahısı”nı açiqlanıb paylaşılmasını ortadan qaldırmalı və jurnalistlər üçün etik standardların inkişafına dəstək verməlidir.

Hökumət təcili tədbirlər görərək Azərbaycanda qarşıdan gələn 7 Noyabr seçkiləri ərəfəsində jurnalist və hüquq müdafiəçilərinin azad şəkildə öz fikirlərini bildirmək və informasiya yaymaq imkanlarını təmin etməlidir. Bu, Azərbaycanda əvvəlki illərdə azad və ədalətli seçkilərin keçirilməsinə maneə olan ciddi qüsurların bəzilərinin təkrarlanmasının qarşısını almaq üçün mühüm addım olardı.

VIII. Ətraflı Tövsiyyələr


Azərbaycan Prezidentinə və Hökumətinə:


Defamasiya qanunları və onların tətbiqi haqqında:
• Cinayət Məcəlləsinin təhqir və böhtan maddələrinin ləğvinə yönəlmiş əlavə və dəyişikliklərin qanunverici qaydada irəli sürülsün.
• Dövlət rəsmisi kimi və ya təmsil etdikləri təsisatların adından defamasiyaya dair cinayət iddiaları qaldırmaqdan çəkinmək barədə bütün hökumət rəsmilərinin təlimatlandırılsın.
• Defamasiyaya dair cinayət məsuliyyətindən istifadənin prinsipial olaraq ictimai şəkildə pislənilsin.
• Beynəlxalq və Avropa insan haqları hüququ və təcrübəsinə uyğun olaraq Mülki Məcəllə və digər müvafiq qanunlarda mülki defamasiya işlari üçün məsuliyyət, sübut və kompensasiyaya dair aydın standartların yaradılması məqsədi ilə əlavə və dəyişikliklərin qanunverici qaydada irəli sürülsün:
o Dövlət təsisatlarının bundan sonra defamasiyaya dair məhkəmə iddiaları qaldıra bilməməlidir.
o Sübut etmə vəzifəsinin tamamilə defamasiyaya məruz qaldığını iddia edən tərəfdə olmalıdır.
o İfadənin doğruluğu cavabdehə defamasiyadan tam müdafiə olmalıdır. İctimai mənafe məsələlərində isə müəllifdən təkcə ifadənin döğruluğuna əmin olmaqdan ötrü vicdanlı addımlar atmaq tələb oluna bilər.
o Zərərin qarşılığının ödənməsi ilə yanaşı, üzr istəmək və ya təkzib verilməsi kimi digər yollar da olmalıdır.
o Zərərin qarşılığı vurulan zərərə qəti şəkildə mütənasib olmalıdır.
o Mənəvi zərərə görə əvəzin ağlabatan qanuni yuxarı həddinin qoyulması təklif edilsin.
Həbsdə olan jurnalistlər haqqında:
• Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayev Azərbaycana qarşı işı ilə bağlı dərhal azadlığa buraxılma qərarının təxirə salınmadan yerinə yetirilsin
• Öz baxışları və fikirlərinə görə həbsdə yatan bütün digər jurnalistlərin, insan haqları müdafiəçiləri, xüsusən də Emin Milli və Adnan Hacızadənin həbsdən azad edilsin.
• Hökuməti tənqid etdiklərinə görə jurnalistlərin, insan haqları müdafiəçilərinin və digərlərinin bilərəkdən cinayət qaydasında təqibi və həbsi təcrübəsinə son qoyulsun
Jurnalistlərə qarşı təqib, hədə-qorxu və zorakılıq barəsində:
• Jurnalistləri təqib etməyə və onlara qarşı zorakılığa görə polis məmurlarının geniş yayılmış cəzasızlığına son qoyulsun.
• Jurnalistlərə qarşı hücumların və zorakılığın ictimai şəkildə pislənməsi və bu cür hərəkətlərə qarşı sıfır dözümlülük davranışının sərgilənsin.
• Daxili İşlər Nazirliyi daxilində rəsmi daxili araşdırmalar qurumunun yaradılması və zərərçəkmiş tərəfindən rəsmi şikayətin olub-olmamasından asılı olmayaraq bu qurumun polis özbaşınalığı hallarını araşdırsın.
• Elmar Hüseynovun qətli barəsində hərtərəfli, qərəzsiz və ətraflı təhqiqatın aparılsın
• Novruzəli Məmmədovun həbsxanada ölümü ilə bağlı və İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 2-ci bəndinin tələblərinə uyğun olaraq dərhal və effektiv təhqiqatın aparılsın.
İnformasiyaya çıxış əldə etmək və yayım lisenziyaları haqqında
• İctimai informasiyaya çıxışa zəmanət vermək üçün Azərbaycan Konstitusiyasına və qanunvericiliyə əlavə və dəyişikliklərin qanunverici qaydada irəli sürülsün.
• Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələrinə uyğun olaraq İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 10-cu maddəsinə zidd olan 2009-cu ildə qəbul edilmiş Konstitusiyaya əlavə və dəyişikliklərin ləğv edilsin.
• Xarici radio stansiyalarının FM tezliklərində yayımının bərpa edilsin.
• Avropa Şurasının tövsiyyələrinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının müstəqil qurum kimi formalaşması üçün qanunvericilikdə dəyişikliklərin edilsin.
2010-cu il noyabr parlament seçkiləri haqqında
• 2010-cu il noyabr parlament seçkilərindən əvvəl, ərzində və sonra jurnalist və vətəndaş cəmiyyəti fəallarının öz fikirlərini azad şəkildə bildirməsi və informasiya yaymasını təmin et.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa:
Defamasiya qanunları və onların tətbiqi haqqında:
• Daxili İşlər Nazirliyi, onun şöbələri və işçiləri tərəfindən defamasiyaya dair məhkəmə iddialarının qaldırılması təcrübəsindən imtina edilsin.
• Daxili İşlər Nazirliyi və onun işçiləri tərəfindən qaldırılmış defamasiyaya aid bütün məhkəmə iddialarının geri götürülsin.
Jurnalistlərə qarşı təqib, hədə-qorxu və zorakılıq barəsində:
• Jurnalistlərə qarşı zorakılıq və ya hədə-qorxu hallarına dərhal, hərtərəfli və effektiv təhqiqatların başladılması və günahkarların məsuliyyətə cəlb olunsun.
• Media mənsublarına qarşı özbaşınalıq hallarında adı çəkilən polis personalı haqqında dərhal və qərəzsiz təhqiqatların başladılsın və günahkarlar cəzalandırılsın.
• Polis məmurları tərəfindən jurnalistlərin təqibi və onlara hədə-qorxu gəlinməsi praktikasına son qoyulmsun.
• Polis fəaliyyətlərinin, ictimai nümayiş və mitinqlərin monitorinqi və işıqlandırılmasına mətbuatın hüquqları barədə polis personalına təlimlər keçirilsin.
• İnsan hüquqlarının pozulması, polis özbaşınalığı və digər ictimai maraq kəsb edən digər məsələlər haqqında ictimaiyyətin məlumatlanma hüquqları barədə polis personalına təlimlər keçirilsin.
Azərbaycan Parlamentinə:
• Cinayət məcəlləsində defamasiya haqqında müddəaların, xüsusən də 147 və 148-ci maddələr ləğv edilsin.
• Beynəlxalq standartlara uyğun və yuxarıda göstərilən şərtlərə cavab verəcək defamasiya qanununun tezliklə qəbul edilsin.
• Media nümayəndələrinin informasiyaya çıxışını məhdudlaşdıran konstitusional və qanunverici müddəaların Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələrinə əsasən ləğv edilsin.
• Jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı polis özbaşınalığı hallarına prokurorluq tərəfindən nəyə görə baxılmaması məsələsini araşdırmaq üçün xüsusi Parlament komissiyasının yaradılsın.
Azərbaycan Məhkəmələrinə:
• Cinayət məcəlləsinin defamasiya haqqında maddələrinə əsasən jurnalistlərə həbs-qəti imkan tədbiri seçilməsindən imtina edilsin.
• Defamasiya iddiaları ilə bağlı işlərə baxarkən İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 10-cu maddəsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin kazus qanunu (presedent hüququ) nəzərə alınsın.
Milli Televiziya və Radio Şurasına:
• Boş tezliklərin vaxtı-vaxtında dərcini təmin et.
• Boş tezliklər üçün tenderlərin vaxtı-vaxtında, şəffaf və qərəzsiz keçirilməsinin təmin et.
• MTRŞ qərarlarının ictimaiyyətə açıqlığının təmin et.
Azərbaycan Mətbuat Şurasına:
• Reket qəzetlərin qara siyahısının hazırlanması, dərci və yayılmasının dərhal dayandırılsın.
• Jurnalistlər üçün etik kodeksin qəbulu, təlimlərin keçirilməsi, eləcə də peşəkar jurnalistikanın inkişafına yol açacaq digər tədbirlərin görülsün.
ABŞ, Avropa Birliyi və digər tərəfdaş ölkələrin hökumətlərinə
• İfadə azadlığına hörmətin Azərbaycanla bütün ikitərəfli və çoxtərəfli razılaşmaların ayrılmaz tərkib hissəsi halına gətirilsin.
• Polis məmurları, prokurorlar, hakimlər, millət vəkilləri və digər müvafiq dövlət qulluqçuları üçün təşkil olunacaq demokratiya və hüquqin aliliyi haqqında təlim proqramlarının ifadə azadlığı və qeyri-zorakı tənqidin demokratiya üçün əhəmiyyətini ehtiva etməsini təmin et.
• Media monitorinqi və inkişafı sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının inkişafının dəstəklənməsinin davam etdir.
• Defamasiya iddiaları ilə qarşılaşan fərdləri müdafiə edən vətəndaş cəmiyyəti qruplarının dəstəklənməsi.

Avropa Birliyinə:
• İfadə azadlığına hörmətin Avropa Birliyi-Azərbaycan İnsan Haqları Dialoqunun ayrılmaz tərkib hissəsi kimi qəbul edilsin, Azərbaycanın bu sahədə atmalı olduğu spesifik addımların aydın şəkildə müəyyənləşdirilsin – haqsız olaraq həbsdə yatan jurnalistlərin azad edilsin və defamasiyanın dekriminalizasiyasının da bu addımlara daxil edilsin.
• İfadə azadlığı sahəsində konkret, təkmilləşdirici addımların atılması məsələsinin Azərbaycan və Avropa Birliyi arasında assosiativ razılaşmaya danışıqlar kontekstində açıq-aydın öhdəlik şəklində qəbul edilsin.
• Öz fikirlərini ifadə etdiklərinə görə həbsdə yatan jurnalistləri azad etmək məqsədi ilə Azərbaycan hökumətinə çağırışlar etmək üçün bütün imkanlardan, o cümlədən Avropa Birliyi və Azərbaycan arasında yüksək səviyyəli görüşlərdən istifadə edilsin.
• Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı İnkişaf Hesabatlarında ifadə azadlığının pozulması hallarının adekvat monitorinqi və məruzəsi təmin edilsin.
• Azərbaycan hüquqşünaslarına, media hüquqları qruplarına və maraqlanan jurnalistlərə defamasiya məsələləri və beynəlxalq səviyyədə mühafizə olunan media azadlıqları barəsində təlimlər keçirilsin.
Avropa Şurasına:
• Parlament Assambleyasının Azərbaycanın öhdəliklərinə necə əməl etməsinə dair monitorinq proseduru ifadə azadlığının pozulması hallarının monitorinqi və məruzəsini xüsusi diqqətlə davam etdirsin.
• Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işində verdiyi qərarını yerinə yetirməyə və Eynulla Fətullayevi dərhal azadlığa buraxmağa çağırmalıdır.
• Nazirlər Komitəsi Azərbaycan hökumətini İnsan Hüquqları üzrə Komissar Tomas Hammerberqin 2010-cu il mart səfərindən sonra hazırladığı tövsiyyələri yerinə yetirməyə çağırmalıdır.
• Azərbaycanın defamasiya haqqında cinayət və mülki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasında Azərbaycan hökumətinə yardım edilsin.
• Bütün instansiyalardan hakim və prokurorlara İnsan Hüquqlarına dair Avropa Konvensiyası və Avropa Məhkəməsinin hüquqi praktikası haqqında sistematik və mütəmadi təlimlərin keçirilməsində Azərbaycan hökumətinə yardım edilməsi. Bu təlimlərdə ifadə azadlığı və ədalətli məhkəmə məsələləri prioritet olsun.
• Azərbaycan hüquqşünaslarına, media hüququ qruplarına və maraqlanan jurnalistlərə defamasiya məsələləri və beynəlxalq səviyyədə qorunan ifadə azadlıqları haqqında təlimlərin keçirilsun.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT):
• ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Azərbaycanda media azadlıqlarının monitorinqini davam etdirməli, bu hesabatda göstərilənlər də daxil olmaqla, davamlı pozuntuların aradan qaldırılması yollarını tapmaq üçün Azərbaycan hökuməti ilə strukturlaşmış dialoq yaratmalıdır.
• ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Azərbaycanda kriminal defamasiyanın ləğvinə çağırmaqda davam etməlidir.
• ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi Azərbaycanda 2010-cu ilin noyabr parlament seçkilərində jurnalistlərə hücum və hədə qorxu halları, eləcə də mediaya tətbiq olunan digər məhdudiyyətləri hərtərəfli araşdırmalı və ictimaiyyətə bu barədə məruzə etməlidir.
• ATƏT-in Azərbaycandakı ofisi media peşəkarlarına qarşı zorakılığı və jurnalistlərə qarşı aparılan defamasiya ilə bağlı məhkəmə işlərini mütəmadi izləməli və ictimaiyyətə hesabat verməlidir.
Birləşmiş Millətlər Təşkilatına:
• İfadə azadlığı üzrə Xüsusi Məruzəçi Azərbaycana səfər etməsi üçün dəvət istəməli və insan hüquqlarının pozulmasıyla bağlı problemlərin təfərrüatlı həll yollarını əks etdirən və genish tovsiyyəli ciddi hesabat hazırlamalıdır.
• İnsan Hüquqları Komitəsi Beynəlxalq Mülki və Siyasi Azadlıqlar Xartiyasına görə Azərbaycanın öhdəliklərinin 2009-cu ildəki icmalı zamanı aşkar etdiyi ifadə azadlığının pozulması halları barədə Azərbaycan hökumətindən xahiş etməlidir ki, Komitənin tövsiyyələri ilə bağlı (o cümlədən, ifadə azadlığına dair) hansı tədbirlər gördüyü barədə bir il ərzində məlumat versin.
XS
SM
MD
LG