Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:21

«8-ci kilometr bazarı»nda yanğın olub


8-ci kilometr qəsəbəsində yerləşən bazarda baş vermiş yanğınla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 25-də saat 22.00 radələrində başlayan yanğın nəticəsində 4500 kvm sahədə ticarət köşkləri və əşyalar yanıb. Hadisə zamanı xəsarət alan 7 nəfər - Tofiq Zülfüqarov, Cavid Balayev, Rasim Cəlilov, Əziz Kərimov, Aslan Quliyev, Cavid Yaqubov və İqor Qurquzov xəstəxanaya yerləşdiriliblər.

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, yanğın saat 02:26-da söndürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Oktyabrın 25-də gecə saatlarında Bakının «8-ci kilometr bazarı»nda yanğın olub.

Yanğın bazarın 1000 kvadratmetrə yaxın hissəsini əhatə edib, aradabir partlayışla müşahidə olunub.

Nizami rayon Polis İdarəsindən «APA»ya verilən məlumata görə, hadisəyə bazarın tikinti materialları satılan hissəsindəki dükanlardan birində elektrik naqilində baş vermiş qısaqapanma səbəb olub.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğın söndürülüb.

«APA»nın məlumatına görə, bazarın tikinti malları satılan ərazisindəki bütün obyektlərə böyük məbləğdə ziyan dəyib.
XS
SM
MD
LG