Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:18

Vəkil Eynulla Fətullayevə aclığı dayandırması üçün müraciətləri çatdıracaq


Oktyabrın 26-da vəkil İsaxan Aşurov həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşüb, aclıq aksiyasını dayandırması üçün ünvanlanan müraciətləri ona çatdıracaq.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaidjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev aclıq aksiyasına oktyabrın 19-dan başlayıb. Aksiyanın tələbi Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsində aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasıdır. Həmin qərara görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 28 000 avro təzminat ödənməlidir.

Oktyabrın 20-dən Eynulla Fətullayevin aclıq aksiyasına dəstək olaraq bir qrup jurnalist də aclığa başlayıb. Hazırda aksiyada 4 nəfər iştirak edir. Jurnalistlərin aclıq aksiyası Müsavat Partiyasının qərargahında keçirilir.

Oktyabrın 25-də İfadə Azadlığı Komitəsinin işçi qrupunun üzvləri və bir qrup media təmsilçisi Eynulla Fətullayevə müraciət edərək onu aksiyanı dayandırmağa çağırıb.
XS
SM
MD
LG