Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:39

Rəqibi Elmira Axundovanı separatçı adlandırdı


Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Əliməmməd Nuriyev oktyabrın 25-də İctimai televiziyadakı çıxışının böyük hissəsini rəqibi Elmira Axundovaya həsr etdi. O, deputatı separatçı ideyalara dəstək verməkdə suçladı.

Əliməmməd Nuriyevin dediyinə görə, Elmira Axundova separatçı saytlardan birinə müsahibəsində «Azərbaycanda talış diliylə bağlı problemlərin olduğunu, talışların assimilyasiyaya uğradığını» bildirib:

«Biz belə şəxslərin parlamentdə təmsil olunmasına imkan verməməliyik».

Elmira Axundova isə cavabında söylədi:

«Gəlin mübarizəni kişi kimi aparaq. Mən 15 illik jurnalist fəaliyyətim dövründə Zori Balayan kimilərlə vuruşmuşam, onların qara siyahısına düşmüşəm. Mən bununla fəxr edirəm. Əliməmməd Nuriyev belə bir məqalə yazıbmı?»
Elmira Axundova


Əliməmməd Nuriyev Azərbaycanın müstəqillik qazanılmasında iştirakından, rus tankları Bakıya girəndə Elmira Axundovanın meydanda olmamasından danışdı.

KİM HARDAN QİDALANIR


«Müxalifət elə siyasi mənbələrdən qidalanır ki, başqa cür danışa bilməz».

107 saylı Qazax seçki dairəsindən YAP-ın namizədi, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bu qənaətdədir. O Qazaxdakı problemlərdən danışan rəqiblərinə cavab olaraq belə dedi. Bu fikrə Müsavat Partiyasının dəstəklədiyi Leyla Mustafayevanın cavabı:

Hansı dairədən kim?
«Müxalifəti qandan qidalanan qüvvələr adlandırırsınız, elə özəl universitetlər də var ki, kökü rüşvətdən, puldan qidalanır. Onlardan birinə də siz başcılıq edirsiniz».

QEYD: Əhməd Vəliyevin namizədliyi əvvəlcə YAP-dan 31 saylı Suraxanı ikinci seçki dairəsindən verilsə də, sonradan qərar dəyişdi. O seçkilərə Qazaxdan qatıldı.

31 saylı Suraxanı ikinci seçki dairəsindən AXCP sədri Əli Kərimli də namizədliyini verib.

EFİR VAXTI – CƏZA VAXTI

Sülhəddin Əkbər
«Bizə efirdə az vaxt ayrılıb. Bu vaxt sanki cəzadır».

AXCP-Müsavat seçki blokunun 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədi Sülhəddin Əkbər oktyabrın 25-də İctimai televiziyadakı debatda belə söylədi.

O çıxışında bəzi istək və təkliflərini də dilə gətirdi. Məsələn, minimum əmək haqqının 150, orta əmək haqqının 350 manat olmasını, ölkə iqtisadiyyatının 60 faizini təşkil edən gizli iqtisadiyyatın, gömrükdə ildə gizlədilən 6 milyard 700 milyon manatlıq gəlirin leqallaşdırılmasını və onlardan vergi tutulmasını təklif etdi.

Sülhəddin Əkbər seçiləcəyi halda Sumqayıtın azad iqtisadi zona elan olunmasına, şəhərin qeyri-kimya, qeyri-zəhər istehsalçısına çevrilməsinə, burda ekoloji proqramların reallaşdırılmasına çalışacağını da dedi.

Bu dairədən namizədliyini vermiş, Super Fosfat zavodunun baş mühasibi Qubad Qurbanov bildirdi ki, dövlət artıq bu yöndə işlər görür, yaxınlarda kimya müəssisələrinin yerində sənaye komplekslərinin yaradılması nəzərdə tutulub. O Sumqayıtın büdcəsinin ilbəil artdığını, şəhərdəki problemlərin kompleks həllini tapacağını söylədi.

BU DAİRƏDƏ KİMLƏR VAR


Bu dairədən hakim partiya namizəd verməyib. Amma özünü ikinci iqtidar partiyası adlandıran Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə, «Azərkimya» İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev, sahibkar Kərim Kərimov və daha dörd nəfərin namizədliyi 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən irəli sürülüb.

Məmməd Əlizadə maddi, mənəvi rəqabət tərəfdarı olduqlarını dedi. Kərim Kərimov isə seçicilərinə vəd verdi ki, əksər hallarda məmurların mənimsədiyi ünvanlı sosial yardımların ünvanına çatdırılmasına çalışacaq.

İLHAM ƏLİYEVİN VƏ AİLƏSİNİN DİQQƏTİ


Azərbaycandakı inkişafdan danışan deputatlığa namizəd Xanhüseyn Kazımlı bunu İlham Əliyev və onun ailə üzvlərinin diqqətinin nəticəsi kimi qiymətləndirdi. Xanhüseyn Kazımlı namizədliyini 66 saylı Bİləsuvar seçki dairəsindən verib. Bu dairədən daha üç nəfər də seçkiyə qatılıb. Onlardan ikisi – Siyasət Astanov və Kazım Məmmədov sahibkar, Coşqun Həsənov hüquqşünasdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG