Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:39

Kərzayi İrandan pul aldığını etiraf etdi


Əfqanıstanın prezidenti Həmid Karzayi onun aparatının rəhbərinin İrandan nəğd pul aldığını etiraf edib. Amma bildirib ki, bu pullar şəffaf şəkildə dövlət ehtiyacları üçün xərclənir.

Oktyabrın 25-də Kabulda jurnalistlərlə görüşündə bildirib ki, onlar ildə 700 mindən 975 min dollara qədər nəğd pul alıblar və həmin pullar prezident ehtiyacları üçün xərclənib.

Bundan bir gün əvvəl ABŞ mediasında Əfqanıstdna prezident aparatının rəhbərinin İranın Əfqanıstandakı səfirindən çantalarla pul alması barədə xəbər yaymışdı.

Kərzayi isə bildirir ki, Əfqanıstan kasıb ölkə olduğundan bəzi dost dövlətlərdən bu cür yardımlar alırlar.

"The New York Times" qəzeti şənbə günü yaydığı xəbərində qeyd edirdi ki, İrandan alınan milyonlarla dollar pul parlamentdəki deputatlar, bəzi Taliban liderlərinin ələ alınması üçün istifadə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG