Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

İtaliyada qısa yubka qadağan edilir


Dəfələrlə seks qalmaqalları yaşamış Baş nazir Silvo Berluskoninin vətənində - İtaliyada bəzi şəhərlər qadınlara qısa yubka geyinməyi qadağan etməyi planlaşdırır. Ölkənin cənubunda Castellammare di Stabia şəhərinin rəhbərliyi başqalarını təhrik edən geyimləri, xüsusilə də həddən artıq qısa yubkaları qadağan etmək istədiklərini bildiriblər. Şəhərin mühafizəkar meri Luigi Bobbio belə paltar geyinənlər 500 avroya qədər cərimə ödəyə bilərlər.

Yerli qadın siyasətçilər buna etiraz aksiyaları ilə cavab verməyi planlaşdırılar. Onlar tərəfdarlarını oktyabrın 25-də təklifin müzakirə edildiyi şəhər şurasının qarşısına qısa yubkalarla gəlməyə çağırıblar.

Mühafizəkarların təklifi qəbul olunsa, kişilərə də qısa şortlar geyinmək qadağan ediləcək. Amma qadağalar bununla da bitmir. Şəhər şuarsına verilən təklifdə açıq ərazilərdə futbol oyunlarının, şəhərdə paltarsız gəzməyin, ya da günəş qəbul etməyin, Allahı söyməyin, ümumiyyətlə söyüş söyməyin qadağan edilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG