Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

Nobel mükafatlı yazıçının yeni romanı çıxır


Mario Varqas Lyosa
Mario Varqas Lyosa
Noyabrda Nobel mükafatlı Peru yazıçısı Mario Varqas Lyosanın yeni romanı çap olunacaq.

“Keltin arzuları” adlanan romanın baş qəhrəmanı haqsızlığa qarşı mübarizə aparan cəsur diplomatdır.

O, Afrikada yerli əhaliyə qarşı zorakılıq faktlarını araşdıraraq hesabat hazırlayır.

Baş qəhrəmanın prototipi 20-ci əsrin əvvəllərində Belçika kralının idarə etdiyi Konqoda Britaniya diplomatı kimi fəaliyyət göstərmiş Rocer Keyzmentdir.

Milliyyətcə irland olan Keyzment o dövrdə həm də Latın Amerikasında hindilərə qarşı zorakılıqlara etiraz etmişdi.

Amma daha sonralar öz xalqının Britaniya müstəmləkəçilərinə qarşı mübarizəsinə də dəstək vermişdi.

Təsadüfi deyil ki, 1916-cı ildə onu Britaniya Krallığının bütün təltiflərindən məhrum etmiş, vətənə xəyanətdə, casusluqda günahlandırmış və asmışdılar.

Rocer Keyzment
Lyosa mətbuata deyib ki, Britaniya diplomatının “çoxtərəfli və macəra dolu həyatına heyran qalıb”.

Keyzmenti Britaniya yazıçısı Cozef Konradın bioqrafiyasını oxuyarkən tanıdığını etiraf edən Lyosa deyib ki, romanı iki ilə yazıb və bunun üçün həm də Konqo və Şimali İrlandiyaya səfər edib.

Əsər üçün məlumat toplayıb, "o yerlərdəki ab-havanı duymaq istəyib".

M.V.Lyosa oktyabrın əvvəlində Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Həmçinin oxu
Lyosa ədəbiyyatın gələcəyindən narahatdır
Lyosanın itləri kimdir?
M.V.Lyosa. Katoblepas

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG