Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17
Fəxri Uğurlu

Ö­tən yüzilin 60-cı illərində dünyada baş verən qlobal siyasi, elmi-texniki, mə­dəni dəyişikliklər keçmiş sovetlər birliyindən, o cüm­lə­dən Azərbaycandan da yan keçmə­di.

On illər boyu sosializm realizminin saxta qəlibləri içərisində dustaq saxlanan, həyatdan, həqi­qət­dən uzaq dü­şən ədəbiyyatı­mız yeni məzmun aldı.

Əv­vəlki saxta romantik pafosun, gerçək məzmuna uyuşmayan intonasiyanın yerini ayrı-ayrı fərd­lərin timsalında xalqın əsl həya­tı­nı, dərd­lərini, ağrıla­rı­nı əks etdirən sosial gerçək­lər­lə dolu ədəbiyyat tutmağa başladı.

Azərbaycan nəsrində lirik-psixoloji təhkiyə tərzi önə keçdi, ədəbiyyatın forması məzmununa uyuşduruldu.

Forma-məzmun vəh­dətinin yaradılması işinə formadan başlamaq, fikrimcə, düz­gün deyil.

Məzmunun tə­ləbiylə meydana çıxmayan forma, nə qə­dər gö­zəl gö­rü­nür­sə gö­rün­sün, ruhsuz bə­dən­dən başqa bir şey deyil.

Biz klassik rus, Avropa ədəbiyya­­tından, hətta modernist sə­nət­dən gö­tü­rül­müş forma və biçimlərin kommunist ideoloji məzmunuyla doldurulması­nı az gör­məmişik. Ancaq belə əsər­lər ədəbiyyatı­mızda dərin iz buraxmayıb.

60-cı illər­dən başlayaraq ədəbiyyatı­mı­zın yeni mövzulara əl atması, yaxud da işlənmiş mövzulara yeni göz­lə baxması yeni qəliblər yaradılmasına, yeni forma-biçimlər, janrlar, poetik ifadə vasitə­ləri tapılmasına ehtiyac doğurdu.

Yeni axtarışlar müt­ləq yeni ədəbi dilin, yeni poetikanın formalaşmasına gətirib çıxarmalıy­dı, çıxardı da.

Mən­cə, dilimizin öz­ləş­məsi­nə, hər şeydən qabaq, sintaksisdən başlamaq gə­rəkdi. Dilimizin leksik tərkibinin bö­yük çoxluğu yabançı təsirlə­rə məruz qalıb sıradan çıxa bilər (necə ki, ərəb-fars dillərinin təca­vü­zün­dən indiyə qə­dər qurtula bilmirik), ancaq morfoloji-sintaktik qanunları­mız yaşayırsa, demək, dilimiz də yaşayır.
Bu zamandan başlayaraq ədəbiyyatı­mı­zın, o cüm­lə­dən nəsrimizin dili istər morfoloji quruluş, istər leksik tərkib, istər­sə də sintaktik quruluşu baxı­mından xalq dilinə, canlı danı­şıq dilinə yaxınlaşdı.

Folklor süjetləri, folklor poetikası­nın özəllikləri yazı­lı ədəbiyyat ör­nək­lərinin qəl­binə axdı.

Rus-Avropa dillərinin təsiriylə yaranmış qəlib cüm­lə­lərin bir çoxu içindən sö­kü­lüb canlı xalq dilindən, folklordan gə­lən sintaksislə əvəz­ləndi.

Bu dövr­dən başlayaraq yazılan bir çox əsərin adında nağıl sö­zü­nə rast gəlinməsi də təsa­düf deyil:

"Tənha narın nağı­lı", "Büllur külqabı­nın nağı­lı", "Yaxşı padşahın nağı­lı", "Bül­bü­lün nağı­lı", "Ceviz köl­gəsinin nağı­lı" və sair...

60-70-80-cı illər­də Azərbaycan nəsrinin yalnız folklora yox, doğma poeziyaya da yanaşma, qaynayıb-qarışma tendensiyası, təma­yü­lü də nəsrimizi izlə­yən hər kə­sə açıq-aydın gö­rü­nə bilər.

Bu illər­də yazı­çıla­rı­mız istər klassik, istər­sə də çağdaş Azərbaycan şeirinin özəlliklərini mənimsə­mək­lə nəsrimizin ifadə imkanları­nı zəngin­ləş­dirib, nəsrin nəbzini şeirin ritmləri­nə, intonasiyasına, hətta vəzninə belə uyğunlaş­dıra bilmişdilər.

Rəh­mətlik tənqidçi Aydın Məm­mədov çox haqlı olaraq Elçin nəs­ri­nin, bağlayı­cılarla zəngin uzun Elçin cüm­lə­lərinin əruz bəhr­lərindən biri üzərində kök­ləndiyini qeyd eləmişdi.

Bu məntiqlə yanaşsaq, Isa Hüseynovun sufi-hürufi fəl­sə­fəsi­nə dayanan, zaman etibarilə XIV əs­rə gedib çıxan, mü­rək­kəb sintaktik dö­nüm­lər­lə zəngin "Məh­şər" ro­ma­nı­nın da özü­nün ağır dinamikası, lən­gəriylə əruz vəzni, klassik ədəbiyyatı­mız, özəlliklə də Nəsimi poetikası üzərində kök­ləndiyini gö­rə bilərik.

Azca irəli getsək, bir sıra tanın­mış Azərbaycan yazı­çı­sı­nın, mə­sə­lən, Sabir Əh­mədlinin, Çingiz Hüsey­no­vun, Anarın, Saday Budaqlı­nın yığcam, konkret, bə­zən, sın­dı­rıl­mış nəsr cüm­lə­lərinin damarlarında sər­bəst şeirə xas ritmin, ahəngin, intonasiyanın dolaşdı­ğı­nı duya bilərik.

Ü­çün­cü bir qrup yazı­çı­mı­zınsa nəsri xalq şeiri janrları, nağıl, dastan poetik öl­çü­ləri üzərində qurulub.

Mə­sə­lən, Ək­rəm Əylislinin təmkinli, səbirli cüm­lə­ləri qoşma, mü­xəm­məs ahəngiylə qohumdusa, Mövlud Süleymanlı nəsrinin sü­rətli, çevik ritmi oxucuya bayatı, gəraylı ritmlərini andı­rır.

Rəh­mətlik Yusif Sə­mədoğlunun üç zamanı əha­tə­lə­yən "Qətl gü­nü" romanında isə hər üç tendensiyanı müşahidə elə­mək müm­kün­dü.

Sabir Əhmədli
Yeri gəlmişkən söy­ləyim ki, bu proses bir yön­lü, bir istiqamətli getməyib, nəsrin də şeirə çox bö­yük təsiri olub. Bunu həm şeir, həm də nəsr yazan yazı­çıla­rın yaradı­cı­lı­ğında daha aydın gör­mək olur.

Gör­kəmli yazı­çı Ramiz Röv­şənin yaradı­cı­lı­ğı dediklərimizə ör­nəkdi.

Onun bəzi əsər­ləri sanki poeziya ilə prozanın sər­həd­lərində yazı­lıb, sətirlərin, parçaların daha çox şeirəmi, nəs­rəmi aid olduğunu təyin elə­mək bə­zən, çətinlik yaradır.

Şairin həm şeir, həm də nəsr­lə yazıl­mış poemalarında poeziya ilə prozanın sər­hədi daha aydın gö­rü­nür. Ancaq hekayə­lərində, özəlliklə "Daş" povestində elə məqamlar var ki, eynən "Də­də Qorqud" boylarında olduğu kimi, nəsrin şeirə, şeirin nəs­rə keçidlərini hiss elə­mək belə müm­kün deyil.

Bu haqda professor Kamil Vəli Nərimanoğlunun "Folklor və çağdaş ədəbi proses" adlı məqa­ləsində olduqca maraqlı qeydlər var.

Əl­bət­tə, Azərbaycan nəsrinin poetik axtarışları dünyadan təcrid olunmuş şəkildə yox, əksinə, dünya ədəbiyyatında gedən proseslərin güc­lü təsiri altında baş verib.

Son yüz ildə dünya romançı­lı­ğı­nın inkişafı­nı diqqət­lə izlə­sək, romanın ədəbi janrlar ara­sında dominant rolunu, digər janrlara məxsus elementləri, poetik özəllikləri mənim­səyib öz içində əritmək­lə bü­tün janrların föv­qü­nə qalxmaq iddiası­nı gö­rə bilə­rik.

Prustun "Itirilmiş zamanın sorağında" adlı subyektiv epopeyasında, Coysun "Uliss" romanında, Kafkanın, Hessenin, Bulqakovun, Folknerin, Markesin romanla­rında bu iddianı, bu tendensiyanı açıq-aydın sezmək müm­kün­dü.

Artıq roman bir janr kimi klassik çərçivəsini aşmaqla ən müx­təlif poetik janrlara xas olan özəllikləri, traktat, esse elementlərini, dramaturji konstruksiyaları öz sər­həd­ləri içərisinə alıb, belə demək olarsa, janrlar üs­tün­də janra çevrilib.

Çağdaş roman yalnız poeziyanın, fəl­səfi-psixoloji ədəbiyyatın axtarışları hesabına yox, həm də özü­nə qə­dərki roman sə­nətinin yardı­mıyla öz məzmununu, forması­nı zənginləşdirir.

Markesin dünyada məşhur "Yüz ilin tənhalı­ğı" romanı­nı xatırlayaq.

Ədəbiyyatla ciddi şəkildə əl­lə­şən hər kəs bu əsər­də Platondan Rableyə, Şekspirdən Freydə, Servantesdən Folknerə qə­dər bir çox dahinin barmaq izlərini açıqca gö­rə bilər.

Yaxud da tanın­mış çağdaşı­mız, Nobel mükafatı laureatı Orxan Pamukun yaradı­cı­lı­ğına göz gəzdirək.

Onun romanlarında bir yandan Dostoyevskinin, Prustun, Coysun, Borxesin, o biri yandan da Nizaminin, Əttarın, Mövlananın, Nəsiminin təsiri aydın gö­rü­nür.

Klassik Şərq poetikası­nı çağdaş Qərb poetikasına qovuşduran, Avropa romanı­nı klassik mü­səlman-sufi ədəbiyyatı məzmunuyla dolduran Pamuk, heç şüb­həsiz, bü­tün­lük­lə dünya ədəbiyyatı üçün önəmli olan bir sintez eləyib. Mən­cə, hər bir bö­yük yazı­çı özün­dən qabaq yaranmış ədəbiyyatın sintezi, yekunu, nəti­cəsidi.

Heyf ki, ədəbiyyatı­mı­zın poetik sintaksis axtarışları heç də hər zaman uğurlu nəti­cə­lər vermir.

Bəzi yazı­çılar "o gedirdi" yerinə "gedirdi o" demək kimi bayağı üsullarla poetik effekt almağa çalışsalar da, belə metodlar dilin sintaktik quruluşunu zə­də­lək­mə­dən başqa bir işə yaramır.

Ədəbi dilin poetikliyi cüm­lə üzv­lərinin yerini dəyişmək­lə yox, söz­lərin adi danı­şıq dilində gö­rün­mə­yən yü­kü­nü, missiyası­nı üzə çıxarmaqla yaranır...

Yaxud da, durğu işarə­lərinin yardı­mıyla bir neçə cüm­ləni uc-uca bağlayıb süni şəkildə mü­rək­kəb cüm­lə qurmaq, bə­zən, nəs­rə poetik rəng verməyin asan yolu kimi gö­rü­nür. Ancaq tə­məlində mü­rək­kəb fikir, mü­rək­kəb duyğu yatmayan cüm­lə mü­rək­kəb cüm­lə ola bilməz.

Mü­rək­kəb cüm­lə ayrı-ayrı söz birləş­mə­lərinin, ayrı-ayrı cüm­lə­lərin süni şəkildə uc-uca calanması deyil, bir-birinə içdən bağlı bir neçə fikrin, ya duyğunun bir fikir, ya bir duyğu ətrafında sıx birləş­məsidi.

Yazı­çı­nın qəlbindən dü­şün­cəsi­nə ötü­rü­lən duyğu nə qə­dər çoxşaxəli, çoxrəngli, çoxanlamlı olursa, dil o duyğunu fikir halında ifadə elə­mək üçün bir o qə­dər çox gərilir, sə­fər­bər olunur, bunun ardınca cüm­lə yeni-yeni sintaktik vahidləri yardıma çağı­rır.

Bir millətin dil üzərində yüz illər­cə apardı­ğı kimyagərlik əməliyyatları belə­cə zaman-zaman gəlişir, poetik dilin yeni-yeni qatları üzə çı­xır.

Xatırlayır­sızsa, U.Folk­ner ondan cüm­lə­lərinin niyə belə uzun, mü­rək­kəb olduğu soruşulanda hər bir cüm­lə­də bü­tün bildiklərini ifadə elə­mə­yə çalış­dı­ğı­nı, dünyanı bir iynə ucuna yerləşdirmə­yə can atdı­ğı­nı söy­ləmişdi.

Hər hansı mü­rək­kəb cüm­lənin arxasında belə bir istək, inam, iddia durmursa, o cüm­lənin mü­rək­kəbliyi heç bir poetik önəm daşımayacaq.

Bundan başqa: ayrıca cüm­ləni yaradan fikir-duyğu kimi bü­tün­lük­lə əsəri ortaya çıxaran ruh, niyyət, konsepsiya da əsərin üslubunu, əsəri oluşduran sintaktik vahidlə­rin quruluşunu irəli­cə­dən təyin eləyir.

Mə­gər, Folknerin romanları­nın poetikası fərqli deyilmi? Mə­gər, Markesin "Yüz ilin tənhalı­ğı", "Patriarxın payı­zı", "Vəba­lı illərin sev­gisi" romanları eyni bir dil-üslublamı yazı­lıb?

Orxan Pamukun "Qara kitab" roma­nıyla "Mənim adım qır­mı­zı"­sı arasındakı dil-üslub fərq­lərini sıravi oxucu da çətinlik çək­mə­dən gö­rə bilər.

Ümumiyyət­lə, cüm­lənin poetik də­yəri onun uzunluğunda-qısa­lı­ğında deyil, bir yazı­çı­nın kağız üs­tün­də apardı­ğı sintaktik əməliyyatların dilin yaddaşı­nı nə də­rə­cə­də oyandıra bilməsindədi.

Dü­şü­nü­rəm ki, çox varlı bir dildə çox yoxsul cüm­lə qurmaq müm­kün olduğu kimi çox yoxsul bir dildə də, əgər o dilin potensialı yetərincə oyadılarsa, yük­sək fikirləri, bö­yük həqi­qət­ləri söy­lə­mək müm­kün­dü.

Yenilə­şən Azərbaycan ədəbiyyatı stilistik baxımdan da bir çox uğurlar əl­də eləyib.

Əgər əv­vəl­lər mü­əllifin öz əsərindəki personajlara açıq-aşkar fərq qoyması, onlardan birini idealizə eləyib başqası­nı suçlaması qabarıq hiss olunurdusa, çağdaş ədəbiyyatı­mız belə tendensiyalı yanaşmadan uzaqdı.

Bö­yük ədəbiyyat reformatoru Flober bir zamanlar yazı­çı­nın öz əsəri­nə müdaxiləsi haqda belə demişdi:

"Yazı­çı­nın öz əsərində iştirakı Allahın təb­iət­də iştirakı kimi olmalı­dı: hər yerdə var, ancaq gö­zə gö­rün­mür".

Bu metod sonralar modernist ədəbiyyat tə­rəfindən daha da təkmilləş­dirilmiş, kommunist rejiminin ideoloji müqaviməti­nə baxmayaraq, bü­tün sovet, o cüm­lə­dən Azərbaycan ədəbiyyatına da yol tapmış­dı.

Çağdaş Azərbaycan nəsrində polifonizm, dü­şün­cə seli, həyata yalnız obrazların içindən, personajların, hətta heyvanların, cansız əşyaların gö­rüş prizmasından baxmaq kimi poetik üsullar geniş yayı­lıb.

Bəzi yazı­çılar yaratdıqları personajlara hətta o qə­dər azadlıq verirlər ki, yazı­çı­nın­mı obrazları, yoxsa obrazların­mı yazı­çı­nı öz arxasınca apardı­ğı­nı ayırd elə­mək müm­kün olmur.

Bu gün yazı­çı­nın həyat həqi­qət­ləri­nə bir obrazın - baş qəh­rəma­nın yox, bü­tün obrazların gö­züy­lə baxması, yazı­çı­nın bir per­sonajda yox, bü­tün personajlarda zühur elə­məsi, hətta əsər­dəki hadisə­ləri, obrazları da özü­nün yox, elə obrazların prizmasından aydınlatması bir poetik metod kimi oturuşub, həm də bir çox də­yərli əsər üçün proyekt rolunu oynayıb.

Çağdaş Türkiyə yazı­çı­sı Orxan Pamuk da "Mənim adım qır­mı­zı" romanında bu ədəbi plüralizm metodundan yararlanıb, həm də, fikrimcə, çox bö­yük uğur qazanıb.

Sonda ədəbi dilimizin kənar təsirlər­dən qurtulması, öz­ləş­məsi, türk­ləş­məsi yö­nü­mün­də gös­təri­lən cəhd­lər­lə bağlı da bir neçə kəl­mə söy­lə­mək istərdim.

Bə­zən, dili­mizi yad ün­sür­lər­dən təmizlə­mək istə­yən­lər bir qütb­dən başqa qüt­bə yuvarlanırlar, deyək ki, ərəb-fars qəliblərindən qaçıb rus-Avropa dillərindən gö­tü­rül­mə qəliblərin cazibəsi­nə dü­şür­lər.

Nəti­cə­də baxırsan ki, cüm­lə­də söz­lərin bəl­kə də hamı­sı türk­cədi, ancaq dil, cüm­lənin sintaktik quruluşu türk­cə deyil. Mən­cə, dilimizin öz­ləş­məsi­nə, hər şeydən qabaq, sintaksisdən başlamaq gə­rəkdi.

Dilimizin leksik tərkibinin bö­yük çoxluğu yabançı təsirlə­rə məruz qalıb sıradan çıxa bilər (necə ki, ərəb-fars dillərinin təca­vü­zün­dən indiyə qə­dər qurtula bilmirik), ancaq morfoloji-sintaktik qanunları­mız yaşayırsa, demək, dilimiz də yaşayır.

Mə­sə­lən, Füzulinin:

Pərişan xəlqi-aləm ahu-əfğan etdiyimdəndir,
Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir.
Təni-zarimdə dərdi-eşq gün-gün­dən füzun olmaq,
Yetən bidərd tədbirilə dərman etdiyimdəndir...

misralarındakı söz­lərin ək­səri türk­cə olmasa da, dilin sintakitk quruluşu başdan-başa türk­cədi, ona gö­rə də bu misralarda türk­cə bir kəl­mə olmasaydı belə heç bir ərəb, ya fars onlara yiyə çıxa bilməzdi.

Bu gün Azərbaycanın gənc yazı­çıla­rı da dil, poetika, sintaksis axtarışları­nı ciddi-cəhd­lə davam elətdirirlər.

Onların canatımlarında yetərincə yanılmalar, sapmalar da gö­zə dəyir. Ancaq bu, təh­lü­kəli deyil; təh­lü­kəli heç bir axtarı­şın, canatı­mın olmaması­dı.

Yüz cəhd­dən, min cəhd­dən biri bəh­rə verər­sə, dilimiz də gəli­şər, dilimiz gəlişdikcə ruhumuz, zehnimiz, ədəbiyyatı­mız, bü­tün­lük­lə, millətimiz də gəli­şər.

Mən dilin, ədəbiyyatın millətin taleyində föv­qəla­də rol oynadı­ğına hətta bugün­kü texniki, industrial dünyada da möh­kəm inanıram.

"Azərbaycan"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG